Avropa Şurası Azərbaycanı AŞPA deputatlarına rüşvət verməsinı araşdırmağa başlayıb

Avropa Şurası Avropa Parlament Assambleyasının bəzi üzvlərinin Azərbaycan hakimiyyətinin sifarişlərini yerinə yetirməsi ilə bağlı araşdırmaya başlayıb. Araşdırmanı hüquq müdafiəsi sahəsində ixtisaslaşan 3 hakim həyata keçirir.
Bildirilir ki, Azərbaycan hakimiyyəti AŞPA-nın 2013-də ölkə ilə bağlı qəbul etdiyi qərara təsir edib. O zaman assambleya ölkədə insan haqlarının tapdalanması , siyası məhbusların olması barədə Kristof Ştrasserin məruzəsini rədd etmişdi.
AŞPA şübhələnir ki, o zaman avropalı deputatlardan birinə Azərbaycan hakimiyyəti 2,5 milyon dollar rüşvət verib və nəticədə məruzə keçməyib.
Avropa Şurasının araşdırmasının nəticələri bu ilin sonunda açıqlanacaq. Araşdırma zamanında həmçinin AŞPA-nın fəaliyyətdə olan məcəlləsinə dəyişiklik etmək də nəzərdə tutulub.
Azərbaycan hakimiyyəti ünvanına ypönəldilən bütün bu ittihamları rədd edir və iftira adlandırır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib