• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan radikal Qarabağ QƏRARI

Sarkisyandan radikal Qarabağ QƏRARI
31.05.2017 13:37
Ermənistan ordusunda itkiləri gizlətmək üçün yeni üsula əl atılıb.

Publika.az xəbər verir ki, İrəvan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin, vurulan obyektlər haqda məlumat verməmək barədə qərara gəlib. Ermənistan hərbi rəhbərliyi hesab edir ki, bu məlumatların açıqlanması Azərbaycana artilleriya atışları və snayper vuruşlarının dəqiqliyindən əmin olmağa kömək edir.

Bununla yanaşı, atəşkəsin pozulması haqda məlumatlar yayılmayacaq.

Ermənistanın baş qərargah rəisi Movses Akopyan iddia edib ki, atəşkəsin pozulması haqda məlumat müharibənin davam etməsi deməkdir: "Bu isə investisiyaları ölkədən qaçırır”.

Erməni jurnalist Tevos Arşakyan bunun ordudakı itkiləri gizlətmək gedişi olduğunu yazıb.

Onun sözlərinə görə, Ermənistan Şimali Koreya yolu ilə gedir.

"Guya ordudakı məlumatları gizlətməklə rəqibi (Azərbaycan - red.) informasiya mənbəyindən məhrum etmək mümkün olacaq? Onda kəşfiyyat sistemləri, izləmə cihazları kimi avadanlıqlar var və istədiyi informasiyanı əldə edəcək. Deməli, bizim ordu rəhbərliyimiz dəhşətli itkiləri cəmiyyətdən gizlətmək üçün yeni vasitəyə əl atır və bunu Azərbaycanla əlaqələndirir. İitkilərimiz haqda isə heç bir məlumat verilməyəcək. Bu, ordudakı özbaşınalığın, əsgərlərin öldürülməsinin sayını daha da çoxalda bilər”, - deyə erməni jurnalist qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol