• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa böyük köç başlayır

Qarabağa böyük köç başlayır
31.05.2017 22:28
Artıq Cocuq Mərcanlının sakinləri doğma kəndə qayıtmağa tələsirlər. Işğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Prezidentin Sərəncamı ilə bərpa işlərinə 4 milyon manat vəsait ayrılıb. Kənddə 50 ev və bir məktəb binası tikilir. İlkin olaraq kəndə 50 ailə köçürüləcək və təbii ki, proses sonra da davam edəcək.

Onun sözlərinə görə, artıq evlərin inşası yekunlaşmaq üzrədir. Əksər evlərdə suvaq işləri həyata keçirilir, divar və fasadlar üzlənir. Həmçinin tikilən evlərin ərazisi hasara alınır.Bunu İstiPress-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Arif Fərzəliyev bildirib. Onun sözlərinə görə, Cocuq Mərcanlıda sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılır.


"Hazırda kənddə yaşamaq üçün müraciət edənlərin sayı 200-dən çoxdur. Onlar arasında Cocuq Mərcanlı sakinləri ilə yanaşı qonşu Şaxırlı, Mehdili və digər kəndlərin sakinləri də var. Amma seçimlər aparılarkən Cocuq Mərcanlı sakinlərinə üstünlük veriləcək. Həmçinin siyahıya o sakinlər daxil ediləcək ki, hazırda onlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıblar, ictimai binalarda yaşayırlar. Onlar həm paytaxtda, həm də bölgələrdə yaşayanlar ola bilər."Cocuq Mərcanlıda yeni salınacaq qəsəbədə yaşamaq istəyənlərin sayı da kifayət qədərdir. Cəbrayıl sakinləri İcra hakimiyyətinə müraciət edərək könüllü olaraq orada yaşamaq istədiklərini bildiriblər.

Bundan başqa, İH rəsmisi bildirdi ki, sakinlərə 10 sot torpaq veriləcək ki, kənd təsərrüfatl işləri məşğul olsunlar. Yaxın aylarda Cocuq Mərcanlıya əhali köçürələcək.


Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.


 2016-cı ilin aprel ayında Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kəndə nəzarət Azərbaycan tərəfinə keçib.

Ermənistan ordusunun kəndi işğal etməsi nəticəsində Cocuq Mərcanlıda 283 ev və təsərrüfat, o cümlədən kitabxana, məktəb, tibb və poçt məntəqəsi tamamilə dağılıb. Ötən ilin statistikasına əsasən indi Cocuq Mərcanlıda 1423 nəfər sakin qeydiyyatdadır. Onlar paytaxt Bakı ilə yanaşı Respublikanın 22 rayonunda məskunlaşıblar. Hazırda kənddə yalnız bir ailə yaşayır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol