"Jewishpress": Azərbaycan regional və qlobal sistemlərin mərkəzində yerləşməsindən uğurla istifadə edir

Rusiya və İranla həmsərhəd olan Azərbaycan keçmiş Sovet İttifaqının Avropa hissəsində əhalisinin əksəriyyətinin müsəlman olduğu yeganə respublikadır.
Trend-in məlumatına görə, bu İsrail Demokratiya İnstitutunun beynəlxalq əlaqələr üzrə direktoru Maayan Yaffe-Hoffmanın "Jewishpress” qəzetində dərc olunan məqaləsində yazılıb.
Məqalədə qeyd olunur ki, ölkə xristian və müsəlman dünyasının kəsişməsində yerləşir. Azərbaycanda həmçinin, qədim yəhudi qəsəbəsi də var və burada 35 minədək insan yaşayır. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz dəfələrlə qeyd edib ki, Azərbaycanda antisemitizm mövcud deyil.
Böyük əksəriyyəti müsəlman olan, bununla belə dünyəvi və tolerant Azərbaycan müasir dünya üçün bariz nümunədir.
Müəllif yazır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan regional və qlobal sistemlərin mərkəzində yerləşməsindən uğurla istifadə edib: "Əgər ABŞ Azərbaycanla əməkdaşlıq kursunu götürsə, bu strateji baxımdan dünyada diplomatik və siyasi körpülərin yaradılması üçün ağıllı addım olar”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























