• $
  • €
  • ₽
  • ₺
  • £

Trampdan Qarabağ təklifi

Trampdan Qarabağ təklifi
03.06.2017 12:04
ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaz problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə elə bir marağı yoxdur.
 
 
Anews.az istipress-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi Metyu Brayza Rusiyanın ″Vestnik Kavkaza″ portalına müsahibəsi zaman bildirib.

Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanmış "ABŞ-ın Cənubi Qafqazda siyasəti” barədə məruzəni və Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsini şərh edən Metyu Brayza deyib:

"Hər bir Amerika prezidenti anlayıb ki, biz öz müttəfiqlərimizi müdafiə etməli və gücləndirməliyik. Həm Respublikaçıların, həm də Demokratların adminstrasiyalarında belə olub. Söhbət həm enerji sahəsində əməkdaşlıqdan, həm boru kəmərlərindən, həm də Dağlıq Qarabağdan gedir. Mən prezident Tramp tərəfindən Cənubi Qafqaza hansısa marağını, hələ ki, görmürəm. Bu məsələlərlə məşğul olacaq əməkdaşlar, hələ ki, yoxdur. Mən narahatam ki, bu sahə lazımi diqqəti qazanmır. Ümid edirəm ki, Tramp Rusiya ilə əməkdaşlıq üçün problem axtaran zaman Qarabağı seçəcək”,- deyə Metyu Brayza vurğulayıb.

Həm Karneqi Fondunun, həm də Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsində bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateji tərəfdaşları olan Türkiyə və Rusiya da qarışa bilər. Yəni hər iki analitik qrup region üçün böyük müharibə anonsu verib.

Metyu Brayza bildirib ki, yaranmış təhlükəli vəziyyətdən çıxış üçün nizamlama prosesində Rusiya və Amerika prezidentləri iştirak etməlidirlər. O, müsbət nümunə kimi 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin oynadığı roldan danışıb:

"Prezident Putin onda çox konsturktiv rol oynadı. O, vəziyyətdən çıxış üçün təkliflər verdi.  Aprel hadisələrindən sonra o, Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Mən belə başa düşdüm ki, Azərbaycan tərəfi bu təşəbbüsü alqışladı, erməni tərəfi isə yox”.

Metyu Brayzanın fikrincə, Rusiya onda yaxşı təklif irəli sürmüşdü: "Tərəflərdən biri razılaşmadı və buna görə hər şey dayandı. İndi hər şey dalana dirənib. Bilmirəm, hadisələr necə inkişaf edəcək. Ümid edirəm ki, Amerika prezidenti nəsə təklif edəcək”.

Metyu Brayzı Amerikada Qarabağ problemini ən yaxşı bilən siyasətçilərdəndir. O, 2005-ci ildən münaqişənin həllində yaxından iştirak edir. Metyu Brayza Dağlıq Qarabağın yerli erməni silahlıları tərəfindən deyil, Ermənistan ordusu tərəfindən işğal edildiyini vurğulayan ilk qərb siyasətçilərindəndir. O, bu barədə fikirlərini ilk dəfə 2005-ci ildə  ANS Şirkətlər Qrupunun nəşr etdiyi "Hesabat” jurnalına müsahibəsində demişdi.

Buna qədər ermənilər Dağlıq Qarabağ münaqişəsini beynəlxalq diplomatik müstəvidə milli-azadlıq hərəkatı kimi təqdim edirdilər. 1992-ci ildə Azərbaycana qarşı ABŞ Senatında qəbul edilmiş 907-ci düzəliş də bu qeyri-obyektiv yanaşmanın məhsulu idi. Metyu Brayzanın münaqişəyə obyektiv yanaşması Amerikadakı erməni lobbisini həmişə narahat edib. 2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza diplomatik fəaliyyətini erməni lobbisinin təzyiqi altında dayandırmalı oldu. Senat onu bu vəzifəyə təsdiq etmədi.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol