• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə şirkəti Ermənistana partlayıcı maddə ixrac edir

Türkiyə şirkəti Ermənistana partlayıcı maddə ixrac edir
03.06.2017 14:27
Virtualaz.org-a etibarlı mənbələrdən məlum olub ki, Türkiyənin ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.Ş. şirkəti – Avstraliyanın ORICA Mining Services törəmə şirkəti qeyri-leqal yollarla – Gürcüstan ərazisi ilə - Ermənistana partlayıcı maddələr və detonatorlar ötürür.

Bu maddələrdən Ermənistan həm də işğal edilmiş Azərbaycan torpaqlarında istifadə edir. Qeyd edək ki, partlayıcı maddələr hərbi məqsədlər üçün də istifadə oluna bilər və istisna olunmur ki, Ermənistan ordusunda Türkiyə istehsalı olan partlayıcı maddələr var.

Görəsən, Türkiyə hökumətinin və müvafiq orqanlarının həmin ölkənin şirkətinin Ermənistana partlayıcı maddələr ixrac etməsindən xəbəri varmı? Axı bu birbaşa ölkə qanunvericiliyinin pozulmasıdır.

O da məlum olub ki, ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.S. şirkəti öz məhsullarını Azərbaycana da ixrac edir. Bundan əlavə, şirkət Daşkəsəndə dəmir filizi, Gədəbəydə qızıl (ABŞ-ın AİMC Ltd. şirkətinin maraqlarını təmsil edir), ABŞ-ın "Norm” şirkətinin işlətdiyi karxanalarda əhəng hasil edir və yaxın zamanlarda Çovdar yatağında "AZERGOLD” dövlət şirkətinin podratçısı kimi qızıl hasilatına başlamağı da planlaşdırır.

Bizim qızıl yataqlarının işlənilməsində yalnız ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.Ş. məhsulklarından istifadə olunur, podratçı isə Azərbaycanın rezidenti olan, ORICA-NITRO Partlayici Mad. San. Ve Tic. A.Ş.-nin distribütoru "AzInterPartlayış MMC” şirkətidir.

Çox qısa olsa da, şərh almaq mükün olub. Lakin "AzInterPartlayış” şirkəti "ORICA-NITRO Partlayici Mad. San. Ve Tic. A.Ş.”dən özünü ayrı tutaraq bildirir ki, bu firma ilə heç bir əlaqəsi yoxdur. Lakin bunla belə, "AzInterPartlayış” MMC-nin əməkdaşları qəribə tərzdə məlumatlılıq nümayiş etdirərək bildirirlər ki, Ermənistana partlayıcı maddə satan Türkiyə şirkəti deyil, Avstraliya şirkətidir.

"ORICA-NITRO Partlayici Mad. San. Ve Tic. A.Ş.”nin özünün ofisində isə qəti şəkildə Ermənistanla əlaqələriunin olmadığını və hərbi məqsədlər üçün istifadə edilən partlayıcı maddələr istehsal etmədiklərini bildiriblər. "Ola bilsin ki, ermənilər o məhsulları başqa ölkədən alıblar. Biz hər bir alıcını izləyə bilmərik”, - şirkətdən deyiblər.

Bir sözlə, şirkətlər yaxalarını kənara çəkirlər, bu vaxt isə partlayıcı maddələr işğalçı qonşularımıza ötürülür və bizcə, bu işlə Azərbaycanın xüsusi xidmət orqanları məşğul olmalıdırlar.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol