• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın 7 bəndlik Qarabağ planı

Trampın 7 bəndlik Qarabağ planı
05.06.2017 12:20
Ermənistanda Dağlıq Qarabağda müharibənin yenilənəcəyi və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda müzakirələr başlayıb. Həmçinin, ABŞ-ın da öz planlarının olduğu deyilir.

Publika.az xəbər verir ki, Ermənistan mediası açıq şəkildə anti-Rusiya yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas ana xətti Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda İrəvana əmr verdiyi haqdadır.

Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ məsələsində Azərbaycanla sövdələşir: "Moskva İrəvanı təhdid edir. Əgər o, Avropanı seçəcəksə, o zaman, ciddi zərbələr alacaq və bu zərbələr ilk növbədə Qarabağ məsələsində olacaq. Bədbəxtlik ondadır ki, Ermənistan rəhbərliyi Moskvanın əmirlərinə könüllü şəkildə tabe olur. Görünür, məsələ təkcə təhdidlərdə deyil, erməni rəhbərliyinin bu əmirlərə tabe olmaq istəyinin güclü olmasındadır”.

"Armenianreport” saytı yazır ki, Ermənistan de-fakto itirib: "Bizim hökmdarlarımız Putinin əmirlərini yerinə yetirir. Qarabağ məsələsində də Putinin əmirləri icra olunur”.

Erməni politoloq İqor Muradyan isə "Qarabağda hərbi hərəkətlərin yenilənməsi mümkündürmü?” adlı məqaləsində ABŞ-ın Cənubi Qafqazda münaqişələri həll etmək istəyindən bəhs olunur.

"Amerikaya görə, Cənubi Qafqazda iki əsas münaqişə mövcuddur: türk-erməni, rus-gürcü. Türk-erməni qarşıdurması Qarabağdan qaynaqlanır və Vaşinqtonda hesab edirlər ki, İrəvanla Ankaranın münasibətlərinin düzəlməsi üçün Qarabağ münaqişəsi həll olunmalıdır”, - deyə erməni politoloq bildirib.

İ.Muradyan iddia edir ki, ABŞ Qarabağ münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik mərkəzlərə tapşırıb: "ABŞ-ın Ermənistandakı keçmiş səfiri Harri Qilmoromun layihəsi diqqət çəkir”.

H.Qilmoromun layihəsi müxtəlif punktlardan ibarətdir. Keçmiş səfir hesab edir ki, türk-erməni qarşıdurması mütləq başa çatmalıdır. Bununla Cənubi Qafqazdan Rusiyanı çıxarmaq şansı yarana bilər.

Layihədə təklif olunur:

1. Laçın dəhlizi Ermənistanda qalır, digər ərazilər Azərbaycana qaytarılır.
2. Dağlıq Qarabağın statusu sonra həll olunmaq üçün saxlanılır.
3. Münaqişənin indiyə qədər təklif olunan həll variantları kənara qoyulur.
4. Əsas baza kimi Türkiyə-Azərbaycan-Ermənistan arasında münasibətlərin yaradılması qəbul edilir və bu əlaqələri qurmaq üçün rabitə dəhlizləri yaradılır.
5. Rabitə dəhlizlərinə ABŞ-ın rəhbərliyi altında hərbi kontingentlər nəzarət edir.
6. Bir neçə rabitə dəhlizinin yaradılması güman edilir: Qars-Gürmü; Qars-Qazax-Yerasx-Naxçıvan-Mehri-Ələt-Bakı; Naxçıvan-Laçın-xankəndi-Yevlax.
7. ABŞ-ın iştirakı ilə iqtisadi əlaqələr qurulur və münaqişə həll olunur.

Lakin İ.Muradyan hesab edir ki, Donald Tramp bu layihədə Qarabağın ilkin mərhələdə Azərbaycana qaytarılmasını israr edə bilər.

"Lakin Rusiyanın buna icazə verəcəyi şübhəlidir. Rusiya ilə yanaşı, İran da bu layihələrə qarşıdır. Bu baxımdan, Qarabağda yeni müharibənin ola biləcəyi gözlənilir və bu müharibə Azərbaycan və Ermənistanın iradəsindən kənar ola bilər”, - deyə o bildirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol