• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuz bir neçə saata İrəvanı alt-üst edəcək

Ordumuz bir neçə saata İrəvanı alt-üst edəcək
07.06.2017 10:17
"Beynəlxalq Böhran Qrupu Qarabağda müharibənin hər an başlaya biləcəyini açıqladı. Müharibə tərəflər arasında onsuz da iki onillikdir gedir, lakin söhbət genişmiqyaslı müharibədən gedirsə, bunun olması da istisna deyil. Ermənistan bu müharibəyə nə qədər hazırdır? Hakimiyyət aprel müharibəsindən sonra hər şeyə hazır olduğunu deyir. Bu, ilk növbədə o deməkdir ki, Ermənistan aprelə qədər heç nəyə hazır deyildi. Digər tərəfdən, Ermənistanın apreldən sonra, yəni bu gün də heç nəyə hazır olmadığı ortadadır”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Musa Mikaelyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti aprel məğlubiyyətindən heç bir nəticə çıxarmadı: "Sistemdə keyfiyyətə doğru dəyişiklik baş vermədi. Ümumiyyətlə, Ermənistan durğunluq vəziyyətdədir və açıq-aşkar hakimiyyət daxilində intirqalar qızışıb. Ölkədə bütövlükdə daxili siyasi mübarizə gedir. Bu, ciddi təhlükədən xəbər verir, çünki irəliləmə yox, geriləmə baş verir”.

Erməni siyasi şərhçi qeyd edib ki, Ermənistandakı geriləmə müharibəni saatlarla yaxınlaşdırır.

"Belə görünür ki, rəqib (Azərbaycanı nəzərdə tutur-red) bir neçə saata məsələni həll edə bilər”, - deyə o vurğulayıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol