• $
  • €
  • ₽
  • ₺
  • £

Malena Mard: Aİ Azərbaycandakı islahatları gələcəkdə də dəstəkləyəcək

Malena Mard: Aİ Azərbaycandakı islahatları gələcəkdə də dəstəkləyəcək
07.06.2017 17:00
"İyul ayından Avropa İttifaqı ilə Azərbaycan arasında 4 yeni qrant layihəsi başlayacaq. Bunların hamısı fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək. Birgə yanaşma hazırda ölkədə gedən islahatlara töhfə verəcək”.

Anews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq Brüssel üçün mühüm rol oynayır. M. Mard qeyd edib ki, peşə təhsilinin və təliminin inkişafı iqtisadiyyatın diversifikasiyasının, hazırda Azərbaycanda gedən iqtisadi islahatların, ali təhsillə birlikdə insan resursları bazasının əsasını təşkil edir: "Bu sistem bazara təkrar və yeni daxil olanlar üçün imkanları genişləndirir. Peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi düzgün istiqamətdə aparılmalıdır. Bununla bağlı Avropa İttifaqı böyük bir təcrübəyə malikdir. Peşə təhsilində yaxşı, keyfiyyətli müəllimlər, infrastruktur, təlimatçılar olmalıdır. Bundan başqa bazarın tələblərinə cavab verən düzgün məzmun, kurikulum, proqram lazımdır. Bu da təlim materiallarının vacibliyini təmin edir və təhsil prosesinə dəstək göstərir. Bunlar elə bir dildə olmalıdır ki, tələbələr tərəfindən asanlıqla başa düşülsün, tətbiq oluna bilsin”.

M.Mard əlavə edib ki, peşə təhsili sonradan məşğulluğa gətirib çıxarmalıdır. Onun fikrincə, yeni layihə Azərbaycanda peşə təhsilinin inkişafına yönəlib, eyni zamanda Avropa İttifaqının Azərbaycana dəstəyini özündə ehtiva edir: "Ümidvarıq ki, Azərbaycanda gedən islahatları gələcəkdə də dəstəkləyəcəyik. Biz təhsil istiqamətində daha geniş şəkildə işləyirik. Bu gün təqdimatı keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə bir daha onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə nə qədər önəm verir. Ali təhsil alt sektorlarının Avropa İttifaqının ən yaxşı təcrübə ilə uyğunlaşdırılması, tədqiqat və inkişaf qarşıda duran layihələrdən yalnız bir neçəsidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol