Qətərə daha bir zərbə — Körfəzdə gərginlik artır

Seneqal Qətərdəki səfirini geri çağırıb.
"Ölkə.Az" xəbər verir ki, bununla da Afrika ölkəsi olan Seneqal Səudiyyə Ərəbistanının Qətərə qarşı qurduğu blokadada yer aldığını açıqlayıb.
Ərəb dövlətlərindən sonra Afrika ölkələri də Qətərlə münasibətləri dayandırmağa başlayıb. Seneqal Qətərdəki səfirini geri çağırıb. Seneqalın xarici işlər nazirliyi yazılı açıqlama verərək bildirib ki, Dohadakı səfir geri çağırılıb.
Açıqlamada bildirilir ki, bir çox ölkənin Qətərlə diplomatik münasibətləri dayandırmasından sonra Körfəzdə baş verən hadisələr izlənilir və Seneqal Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreynlə həmrəydir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























