• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib
09.06.2017 14:40
Xələf Xələfov Sloveniya Respublikasında rəsmi səfərdə olub

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniya Respublikasında rəsmi səfərdə olub.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər əsnasında X.Xələfov Sloveniya Respublikasının dövlət katibi, xarici işlər nazirinin müavini xanım Darya Bavdaj Kuretlə görüşüb. Görüşdə Sloveniya Xarici İşlər Nazirliyinin Siyasi Direktoru Matey Marn və digər rəsmi şəxslər də iştirak edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Sloveniya arasındakı ikitərəfli əlaqələr müzakirə edilib, iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, energetika, yüksək texnologiyalar, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib və münaqişənin danışıqlar yolu ilə həlli üçün işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tezliklə çıxarılmasının zəruriliyini vurğulayıb.

X.Xələfov bildirib ki, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının alternativi yoxdur. Regionda mövcud münaqişələrin həll olunmasının ümumavropa təhlükəsizlik arxitekturasının vacib faktoru olduğu qeyd edilib.

D.Bavdaj Kuret Azərbaycan və Sloveniya arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib və münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğunu vurğulayıb.

O, Sloveniya və Azərbaycan arasında enerji sahəsi ilə bərabər işgüzar dairələr və insanlararası əlaqələrin intensivləşdirilməsinin vacib olduğunu ifadə edib. D.Bavdaj Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühitini təqdir edərək Avropa İttifaqının bunda maraqlı olduğunu qeyd edib.

Görüşdə, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər müzakirə edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol