Ramil Usubov qohumunu işdən çıxardı

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
O, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi İlham Paşayevi yaş senzi ilə əlaqədar tutduğu vəzifədən azad edib. Nazir digər bir əmri ilə onun yerinə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyevi təyin edib(bakipost).
Qeyd edək ki, İlham Paşayevin adı ictimaiyyətə ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işindən, məsələ ilə bağlı yayılan videolardan bəllidir. O, keçmiş rektorun bəzi pul əməliyyatlarında iştirakçı olmaqda, vəzifəsindən sui-istifadə etməkdə ittiham olunurdu.
Şöbə rəisinin adının cinayətdə hallanmasına baxmayaraq, vəzifəsindən azad edilməməsinin səbəbi isə Xətai rayon prokuroru Yusif İldırmzadə ilə bacanaq olmasıyla əlaqələndirilirdi. Bildirilirdi ki, İldırımzadə bacanağının vəzifədə saxlanılması üçün nazirdən xahiş edib.
Qeyd edək ki, Y.İldırımzadə ilə Ramil Usubov qudadırlar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib