• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan pis vəziyyətdə: Rusiya silah müqaviləsinin şərtlərini yerinə yetirmir

Ermənistan pis vəziyyətdə: Rusiya silah müqaviləsinin şərtlərini yerinə yetirmir
11.06.2017 11:30
Rusiyanın Ermənistana silah satışı üçün ayırdığı 200 milyon dollar güzəştli kredit müqaviləsi yerinə yetirilmir.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın "İnformasiyalı vətəndaşların İttifaqı" adlı QHT-si hökumətə göndərdiyi sorğunun cavabına istinadən bildirib.

Rusiya 2015-ci ilin iyununda Ermənistana silah satışı üçün 200 milyon dollarlıq güzəştli ixrac krediti ayırmaq barədə müqavilə bağlayıb. Müqaviləyə əsasən 2016-cı il fevralından etibarən bu ilin sonlarına qədər Ermənistana Rusiyadan 200 milyon dollarlıq silah və hərbi texnika göndərilməli idi. Bura "Smerç" reaktiv yaylım atəşi sistemləri, avtomobil nəqliyyatı vasitələri, müxtəlif tipli digər siahlar daxildir.

Təşkilat bildirir ki, həmin müqavilədə göstərilən silahlar kifayət qədər köhnədir, ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərinin texnologiyasına əsaslanır. Hərçənd onların arasında nisbətən təzə-10-20 il əvvəlin silahları da var. Ermənistan hökumətinin sorğuya verdiyi cavaba əsasən bu il iyunun 1-nə qədər müqavilə çərçivəsində Ermənistanın kredit öhdəlikləri 35.6 milyon dollar olub. Başqa sözlə,  müqavilə üzrə nəzərdə tutulan silahların cəmi 18 faizi çatdırılıb. "Rusiyanın Azərbaycana, İraqa, Suriyaya silahları hansı sürətlə çatdırdığını nəzərə alanda bu lngimənin səbəbi aydın deyil. Baxmayaraq ki, müqavilənin müddətinin başa çatmasına cəmi 7 ay qalıb"-erməni mətbuatı yazır.

Bundan əvvəl Ermənistan Rusiyadan "İsgəndər" operativ-taktiki raketləri alıb, ancaq bu raketlər həmin kredit müqaviləsi çərçivəsində deyil, Ermənistan büdcəsindən nəğd ödənişlə alınıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol