AŞPA-nın həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda Azərbaycanda səfərdədirlər.
Anews.az Report-a istinadən xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Ombudsmanla görüşlər keçirməyi planlaşdırırlar.
Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə də görüşlər keçirəcək.
Səfər iyunun 14-də başa çatacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























