Estoniya XİN başçısı Azərbaycanda səfərdədir

Görüşlərdə Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Estoniyanın xarici işlər naziri Sven Mikser Azərbaycanda rəsmi səfərdədir.
"Report" Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı S.Mikser Azərbaycanın baş naziri Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri, aktual regional məsələlər, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri, o cümlədən Şərq Tərəfdaşlığı sammiti müzakirə olunacaq.
İyunun 13-də S.Mikser Ermənistana səfərə yollanacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























