Bakıda Azərbaycan və Estoniya XİN başçılarının görüşü keçirilir

Tərəflər Azərbaycan-Estoniya münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcək.
Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun estoniyalı həmkarı Sven Mikser arasında görüş keçirilir.
"Report" xəbər verir ki, təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Estoniya münasibətlərinin inkişaf perspektivlərini, aktual regional məsələləri, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələlərini, o cümlədən Şərq Tərəfdaşlığı sammitini müzakirə edəcək.
Xatırladaq ki, S.Mikser Azərbaycana rəsmi səfərə bu gün gəlib.
İyunun 13-də S.Mikser Ermənistana səfərə yollanacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























