ATƏT-in XİN başçılarının qeyri-formal görüşü iyul ayında keçiriləcək

Rusiya və Avstriya xarici işlər nazirləri görüşə hazırlıq məsələlərini müzakirə ediblər.
ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşü iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək.
"Report" Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya və Avstriya xarici işlər nazirləri Sergey Lavrov ilə Sebastyan Kurts arasında baş tutuan telefon danışığında bu görüşə hazırlıq məsələləri müzakirə olunub.
Xatırladaq ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























