• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalandı - FOTO

Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalandı - FOTO
14.06.2017 14:40
İranın paytaxtı Tehranda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib.

Milli.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub.

Bildirilib ki, 20 aprel 2016-cı ildə Azərbaycanla İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb.

Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.

Sonra Azərbaycan və İran Dəmir Yolları arasında "Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı" layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov və İran Dəmir Yolunun baş direktoru S.Məhəmmədzadə imzalayıblar.

Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin "Azərbaycan Dəmir Yolları" QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir.

Müqaviləyə əsasən, "Azərbaycan Dəmir Yolları" QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

Mərasimdə C.Qurbanov və S.Məhəmmədzadə çıxış edərək bildiriblər ki, bu layihə hər iki ölkə ərazisində dəmir yolu əlaqələrinin, həmçinin ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək.

Eyni zamanda, yüklərin bu istiqamətə axınına təkan verəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol