• $
  • €
  • ₽
  • ₺
  • £

Lukaşenkodan Putinə Qarabağ çağırışı: “Problem həll olunmasa...”

Lukaşenkodan Putinə Qarabağ çağırışı: “Problem həll olunmasa...”
16.06.2017 14:14
Belarus prezidenti Aleksandr Lukaşenko bu günlərdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla post-sovet ərazisindəki münaqişələr xarici müdaxilə olmadan həll olunmalıdır. Amma maraqlıdır ki, o, xarici müdaxilə deyəndə MDB-ni həmin xarici müdaxiləçilər sırasına aid etməyib:

"Çox istərdik ki, biz mövcud problemləri Minsk, Moskva, İrəvan və KTMT-yə üzv ölkələrin digər şəhərlərində masa arxasında özümüz həll edək. Başqa dövlətlərin, qrupların, dəyirmi masaların təsiri olmadan…. Xüsusilə də biz Qarabağ, Dnestryanı və Ukrayna problemlərini həll edə bilərik. Bu, bizim problemlərdir”.

Görəsən, Belarus dövlət başçısı yuxarıda qeyd olunan fikirləri səsləndirməklə əslində, nə demək istəyib və onun bu mesajı kimlərə yönəlib?

Məsələni Yenicag.az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, Lukaşenkonun sözügedən fikirləri birbaşa Rusiyaya yönəlib:

"Bu fikirlər Moskvaya edilən mesajdır. Məhz Rusiyanın geosiyasi maraqları və SSRİ kimi bir imperiya dağılandan sonra bu ərazilərdə süni olaraq yaratdığı münaqişə ocaqlarının bu günə qədər manipulyasiya edilməsi imkan vermir ki, həmin konfliktlər həll olunsun. Dolayısı ilə Lukaşenko səsləndirdiyi fikirlərlə topu Rusiyanın üzərinə atır. Bununla da bildirmək istəyir ki, həqiqətən də Moskva MDB-nin struktur olaraq işləməsini istəyirsə, bu məkanda yaranan münaqişələri həll etməlidir. Əks halda, bu kontekstdə yaradılan digər formatlar, yəni Avrasiya İttifaqı, Gömrük İttifaqı da işlək fəaliyyət göstərə bilməyəcək. Dağlıq Qarabağ problemi həll edilmədiyindən Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, nə də Avrasiya İttifaqında yoxdur. Çünki bu təşkilatlarda Azərbaycan torpaqlarını işğal edən təcavüzkar ölkə Ermənistan var. Belə olduğu təqdirdə, Moskva həmin münaqişələrdən bir növ siyasi təzyiq vasitəsi kimi istifadə etdiyindən, Azərbaycan müəyyən mənada adlarını çəkdiyim təşkilatlar, eyni zamanda Rusiyanın özündən məsafə saxlayır. Lukaşenko bütün bunlarla demək istəyib ki, Kreml MDB və post-sovet məkanında yaranan digər formatların da çevik işləməsini istəyirsə, gəlib həmin formatlar daxilində yaranan münaqişələri həll etməlidir. Əslində, vaxtında Qarabağ münaqişəsi səmimi şəkildə MDB daxilində həll olunsaydı, indiki qədər qloballaşmaz və ABŞ-la Fransa Minsk qrupunda həmsədr dövlətlər kimi iştirak etməzdilər. İndilikdə məsələnin qloballaşması Azərbaycanın xeyrinə deyil. Çünki qlobal məsələlərdə qlobal güclərin maraqları olur və bu maraqları da bəzən uzun müddət uzlaşdırmaq mümkün olmur. Bunu da Yaxın Şərq və Cənubi Qafqaz regionunda müşahidə edirik.

Ancaq məsələ ondadır ki, Rusiya Lukaşenkonun söylədiyi bu gerçəklikləri qəbul etmək istəmir. Ona görə də proses 24 ildir ki, uzanır. Lukaşenko dolayısı ilə Rusiyaya onu da anlatmaq istəyir ki, post-sovet məkanında münaqişələrin həll olunmaması əslində, Moskvanın özünün də geosiyasi maraqlarına uyğun deyil. Çünki sözügedən münaqişələr həll olunmadan və özünün yürütdüyü yanlış siyasəti üzündən Rusiya birmənalı olaraq post-sovet məkanı və bizim regionda möhkəmlənə bilməyəcək. Əksinə, post-sovet məkanı ölkələri indiki situasiyada hər vəchlə çalışır ki, Moskvadan uzaqlaşsınlar. Artıq Ukrayna və Gürcüstan kimi ölkələr Rusiyanın orbitindən çıxaraq, yüksək sürətlə Qərbə, NATO-ya inteqrasiya xəttini tutublar. Azərbaycan da artıq Avropa ilə strateji sazişi imzalamaq yönündə konkret danışıqlar aparır”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol