• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qarabağda hotellər tikirlər - FOTO

Ermənilər Qarabağda hotellər tikirlər - FOTO
19.06.2017 09:56
Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər istifadəyə verib.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib.

O bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək hotel kimi istifadəyə  verirlər. Bu hotellərdən biri "Avan Shoushi Plaza" hoteldir. Üç ulduz lisenziyası ilə sənədləşdirilən bu hotel, keçmiş "Qarabağ" mehmanxanasının binasıdır. Hotel 2011-ci ildə istifadəyə verilib. Hoteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq  mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: "Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir".

"Shushi Grand Hotel" isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib. Hotel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burada 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.  

Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir.  21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

Armen and Christina's B&B:  Şuşada otellərdən başqa adi vətəndaşlarda azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gələrək burada bir neçə boş evi təmir edərək hotel biznesi ilə məşğul olurlar.

İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər.

Şuşi hotelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4 - 5 turist qəbul edə bilir.

Ermənistan Hökuməti  Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni hotellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində "Nazank" coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.

Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun  olaraq ekskursiya xidmətləri mövcuddur.

Ağdərə şəhərinin mərkəzində "Lousastgh" hosteli fəaliyyət göstərir.

Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında Melikatun Hostel yaradılıb.

Xocavənd rayonunun Tuğ kəndində Kyank hosteli istifadəyə verilib. Hotelin restoranı və istirahət zonası var.

Ağdərə şəhərinin mərkəzində Hostel Artsakh yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

F. İsmayılov bildirib: "Hal - hazırda Ermənistan hökumətinin Qarabağda apardığı turizm təbliğatı qeyri-qanuni olmaqla həm də əxlaqi dəyərləri zədələyir. Bütün bu oyunların qurulmasında Ermənistan hökumətinin məqsədi: - dünya ictimaiyyətinin diqqətini çəkmək və Dağlıq Qarabağ ərazilərini müstəqil inzibati ərazi vahidi kimi tanıtmaqdan ibarətdir".

Həmin otellətin bəzilərinin fotolarını təqdim edirik:
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol