• $
  • €
  • ₽
  • ₺
  • £

“Müharibə Ermənistan üçün məhvedici olacaq”

“Müharibə Ermənistan üçün məhvedici olacaq”
19.06.2017 10:09
İyunun 15-də erməni hərbi birləşmələri cəbhədə yeni təxribata əl atdı. Azərbaycan Ordusu bir şəhid verdi. Bundan sonra ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan ordusunun 6 əsgəri məhv edildi. Bu, düşmənə layiqli cavab idi. Azərbaycanın sərt cavabı Ermənistanda hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Erməni cəmiyyəti hakimiyyəti satqınlıqda və ordudakı özbaşınalığa görə ittiham edir. Həmçinin, İrəvanda yeni müharibənin başlaması xofu da artır.

Erməni jurnalist Sarqis Artsruni yazır ki, Ermənistanın çıxış yolu yalnız sülhü dəstəkləməkdir: "Çünki yeni müharibənin nəticələrinə ölkə olaraq dözə bilməyəcəyik”.

Erməni jurnalist qeyd edir ki, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq.

"İlk növbədə ciddi demoqrafik problem yaşanacaq. Çünki insanlar kütləvi şəkildə qaçacaqlar. Digər tərəfdən, iqtisadiyyatımız da buna dözməyəcək. Bu baxımdan, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici nəticələr doğuracaq”, - deyə o bildirib.

S.Artsruni həmçinin, İrəvanın Moskvaya bel bağlamağının uçuruma aparan yol olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistanı yalnız özü xilas edə bilər: "Bunun da yolu sülhdən keçir, çünki sülhün aternativi yoxdur”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol