• $
  • €
  • ₽
  • ₺
  • £

Limonovun Qarabağa gizli səfərinin sirri çözüldü

Limonovun Qarabağa gizli səfərinin sirri çözüldü
19.06.2017 12:27
Böyük güclər uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız sülh yolu ilə mümkün olduğunu dilə gətirirlər.
 
Canubi Qafqazda stabilliyin bərpasında digər ölkələrdən daha çox maraqlı olduğunu deyən Rusiya isə öz növbəsində son 20 il ərzində həm ATƏT-in Minsk qrupunun tərkibində, həm də müstəqil şəkildə intensiv iş apardğını və münaqişənin həllində maraqlı olduğunu göstərməyə çalışır. Lakin paralel olaraq, Ermənistan zaman-zaman Rusiyanın mənfur şəxslərini işğal olunmuş ərazilərə dəvət edirək öz çirkin niyyətindən geri çəkilmir. Faydasız. Çünki bu səfərlərin nəticəsi özlərinin regiona düşmənçilikdən başqa heç nə gəritməyən fəaliyyətləri kimi acınacaqlıdır.
 
 
Publika.az-ın xəbər veridiyi kimi, bir neçə gün öncə 74 yaşlı yazıçı Eduard Limonov Qarabağda peyda oldu. Onun "Qarabağ gündəliyi”ndən sitat gərimək yaxşı deyil, nəzərə alsaq ki, bu, başdan-ayağa aqressivlik və sərsəmləmədən ibarətdir. Bu adam əlində silah bir çox qondarma respublikalarda, o cümlədən keçmiş Yuqoslaviyanın ərazilərində olub. Bu baxımdan Limonovun "xidmət dəftərçəsi”ni (bir şəxsin əsl-nəsəbini, təhsilini və hansı hərbi vəzifələrdə olduğunu göstərən sənəd) nəzərə alsaq, onun dəvət olunması təşəbbüsü bir qədər qəribədir.
 
 
Yazıçının vətəndaş mövqeyi həmişə siyasi şəraitə uyğun olaraq dəyişib. SSRİ-də möhkəm etiqadlı antisovet adamı kimi tanınırdı, mühacirət dövründə isə kapitalizm əleyhinə ifşaedici materiallar dərc edirdi. "New York Times”ın binası önündə əli qandallı dayanaraq diqqəti cəlb etməyə çalışır, vətəndaşlığı və hayat yoldaşlarını tez-tez dəyişir, Dövlət Dumasına seçkilərdə iştirak edir, Rusiya prezidenti kürsüsünə öz namizədliyinin irəli sürülməsi üçün müxalifətə təklif irəli sürür, Krımın birləşdirilməsini dəstəkləyərək qərb liderlərini aşağılayır, onları təhqir edərək Rusiya hakimiyyət nümayəndəlirinin xoşuna gəlməyə çalışır: "Baxın, diqqətlə baxın, əyilmiş sifətləri və yerişləri onları daha çox qələmə verir, nəinki yalan sözləri. Sifətləri və yerişləri onların iç üzünü açır, sözləri isə gizlədir”.
 
 
Limonovun "Milli Bolşevik” paritayısını, hansı ki sonradan dəyişilərək "Başqa Rusiya” oldu, çox az adam tapılardı ki, ciddi qəbul etsin. Limonovçular "Rusiyada rusların hakimiyyəti” qurmaq, "həyasız "qara” və "sarı” "işğalçılar”dan həyati əhəmiyyətli əraziləri geri almaq” istəyirdilər. Limonovun siyasi baxışları çox sadədir – rüsvayçı, məzmunsuz, məntiqsiz. Avrasiyaçılıq ideologiyasının daşıyıcısı Aleksandr Duqin Limonov haqda fikirlərini bölüşərkən: "O, partiyasında olan gənc oğlan və qızların qanını içir, sanki qoca vampir körpələrin qanını içən kimi. Sanki büzüşmüş sifətinə maska qoymaq üçün özünə islatma dərmanı düzəldir”, - deyirdi.
Eduard Limonovun əsərlərindəki söyüşlər, açıq-saçıq səhnələr, homoseksualizm yalnız qısa bir müddət populyarlıq qazandı, amma sonradan yazıçı özünütəsdiq üçün başqa yollar axtarmağa başladı. Azərbaycanın Eduard Limonovu işğal altındakı ərazilərə səfərinə görə Persona non-qrata elan etməsi yazıçının öz problemidir.
İncəsənət xadimləri azərbaycanlıları və erməniləri silahı yerə qoymağa, təmiz niyyətlə danışıqlar masasına oturmağa çağırarkən, Rusiyada millətlərarası düşmənçilyi yaratmağa çalışan, lakin ümidsizliyə düçar olan bu üzdəniraq rus yazıçısı indi bu işi Qafqazda görməyə cəhd edir. Bu da cəmiyyətin problemidir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol