• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar üçün darıxan ermənilərdən inanəlmaz sözlər

Azərbaycanlılar üçün darıxan ermənilərdən inanəlmaz sözlər
19.06.2017 13:57
Rusiyanın "Şimal həqiqəti” (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.

A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni yoxsulluqdan şikayətlənir.

"Biz yoxsul yaşayırıq, iş yoxdur, əhalinin çoxu çörək dalınca Rusiyaya gedir. Bütün günah Dağlıq Qarabağ münaqişəsindədir. Bu münaqişəyə çoxlu pul gedir və bizim uşaqlarımız müharibədə məhv olurlar. Mən SSRİ vaxtı hərbi xidməti Azərbaycanda keçmişəm. Onlar çox qonaqpərvər və sevimlidirlər. Bizə daim süfrələrini açıblar. Bizim keçmişdə çox yaxşı münasibətlərimiz var idi. Kim bilərdi ki, belə olacaq”, - deyə o, Qarabağın işğalından sonra başlanan hərbi qarşıdurmadan təəssüflənir.

Müəllif Ermənistanda əhalinin acınacaqlı vəziyyətdə yaşadığını yazır.

Onun sözlərinə görə, İrəvanın bəzi küçələri müasir və rəngarəng görünür, lakin şəhər ətrafına, eləcə də respublikanın digər bölgələrinə getdikcə boz və yoxsul həyat qarşımıza çıxır: "Sevan (Göyçə) gölünə baş çəkəndən sonra sürücü məni kiçik bir şəhərciyə gətirdi. Yol boyu cır-cındır geyimli insanlar, xəfif küləyin təsirindən uçacaq qədər tör-töküntü olan daxmalar, acınacaqlı həyat qarşımıza çıxdı. Xalq şikayət edir və keçmişi xatırlayırlar. Onlar SSRİ-də yaşadıqları gözəl günlərə qayıtmaq istəyirlər və qəti şəkildə müharibənin əleyhinədirlər”.

A.Morozov qeyd edir ki, Ermənistanda kişilər ailələrini saxlamaq üçün hər cür işə əl atırlar.

"Taksi sürücüsü, ayaqqabı təmizləmək, pinəçi və s. Ailədə yaşamaq üçün qadınlar da işləməyə məcburdur. Burada kazinolar, restoranlar, klublar da var. Lakin oraya yalnız varlılar gedir, onların da sayı çox azdır. Hər kəs varlıları adı ilə tanıyır”, - deyə o vurğulayıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol