• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni kəşfiyyatçısı Naxçıvana girə biləcəyini açıqladı

Erməni kəşfiyyatçısı Naxçıvana girə biləcəyini açıqladı
19.06.2017 16:58
Azərbaycan ordusunun bu gün başlatdığı növbəti irimiqyaslı hərbi təlimlər Ermənistanda təşvişlə izlənilməkdədir.

Virtualaz.org "Novosti Armeniya” agentliyinə istinadən xəbər verir ki, Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu deyib.

Xəbər verildiyi kimi Azərbaycan silahlı qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, son iki ay ərzində Azərbaycan ordusunun keçirdiyi üçüncü belə irimiqyaslı təlimlərdir.

"Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb, hansı ki, həvəssiz də olsa razılaşır”-kəşfiyyatçı Vartanov deyib.

Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün uçuş vasitələrindən və təyyarəçilərindən istifadə tendensiyası nümayiş etdirir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib.

"Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı-red.) hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır”-Vova Vartanov deyib.

Kəşfiyyatçı Vova təklif edib ki, Ermənistan bütün ölkə boyu mülki müdafiə təlimləri keçirməlidir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol