ABŞ Şimali Koreyaya səfərlərə qadağa qoya bilər

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi müvafiq bəyanat yayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys Vaşinqtonun Şimali Koreyaya turistik səyahətlərə qadağa tətbiq etməsinin zəruri olduğunu hesab edir.
"Report" xəbər verir ki, bu barədə Komitənin bəyanatında bildirilir.
"Fikrim və dualarım Uormbierin ailəsi ilədir. Son 18 ay ərzində onlar inanılmaz acı və əzab yaşayıblar. Sadəcə ona görə ki, guya oğulları Pxenyanda hoteldə divardan plakatı çıxarıb. Ümid edirəm ki, onlar bir gün bu mənasız ölümü unuda və daxili sakitlik tapa biləcəklər", - Ed Roys bildirib.
Daha əvvəl məlumat verdiyimiz kimi, Virciniya Universitetinin tələbəsi olan Otto Uormbier uzun müddət Şimali Koreyada həbsdə qaldıqdan sonra ötən həftə koma vəziyyətində evə qaytarılıb. O, iyunun 19-da ABŞ-da vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























