• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın altında partlayacaq iki raket

Ermənistanın altında partlayacaq iki raket
21.06.2017 22:26
Ermənistanın iki təhlükəsizlik sistemi arasında manevr etməsi, indi bütünlüklə Rusiyaya düşmən olan Avropa Birliyi ilə oynaması iki stulda oturmaq cəhdini xatırladır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın "Rosbalt” portalında dərc edilmiş "NATO Ermənistanı tovlayır” adlı məqalədə qeyd edilir.

Məqalə müəllifi qeyd edir ki, bu məsələyə görə, Rusiya Ermənistanı sərt cəzalandıra bilər: "İrəvanda bunu xarici siyasətin çoxvektorlu olması və Moskvadan mövcud olmayan müstəqilliyin nümayişi kimi təqdim edirlər. Amma bu "çoxvektorluluq” Ermənistan üçün pis qurtara bilər. Çünki Rusiya siyasi "çoxdəzgahlı”ları cəzalandırmağın yollarını yaxşı bilir – o, tam tabe olmağı tələb edir və nöqtə qoyur. Heç bir vergülə və üç nöqtəyə icazə vermir”.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturayın bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyan ilə görüşünə toxunulan məqalədə bildirilir ki, NATO bu Cənubi Qafqaz respublikasında gur fəaliyyət planlaşdırır. Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, "gələcək addımları müəyyən etsinlər”.

Bu, Ermənistanın üzvü olduğu və Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ruhuna ziddir. Hər halda, Moskva son zamanlar Avrasiya İttifaqı və KTMT müstəvisində ermənilərə çox rol verib - Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan Avrasiya İqtisadi komissiyasının kollegiya sədridir, yəni Avrasiya İttifaqının hökumət başçısıdır. Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Yuri Xaçaturov isə KTMT baş katibidir.   

Amma görünür ki, bu, erməniləri qane etmir və qonşu kişisinə göz tikən əxlaqsız qadın kimi KTMT-nin qoynuna girərək, NATO ilə him-cim edir. Erməni mətbuatını izlədikdə ermənilərin bu oyunun başında Qarabağ məsələsi, daha doğrusu, Qarabağ münaqişəsinin qərbin dəstəyi ilə Kosovo variantında həllinə nail olmaq istəyi durur. Bu ilin fevral ayında Brüsseldə Karneqi fondunda çıxış edən Serj Sarkisyan Dağlıq Qarabağ separatçıları ilə Kosovo albanların vəziyyətini eyniləşdirməyə çalışmışdı. Yəni, gəlin Kosovo kimi Qarabağı da tanıyın. Təbii ki, Kosovo ilə Qarabağın vəziyyəti tamamilə fərqlidir. Kosovoda Serbiya öz ərazisində yaşayan 1,5 milyona yaxın etnik albanı ölkədən deportasiya etmişdi və həmin insanlar qaçqın kimi dünyaya səpələnmişdilər. Serbiyadan həmin insanları geri qaytarmağı tələb etdi. Nəticədə, 10 ildən sonra qərb koalisiyası Serbiyanı raket atəşinə tutaraq qoşunlarını Kosovodan çıxarmağa məcbur etdi, qərb dövlətləri Kosovonun müstəqilliyini tanıdılar.

İndi Ermənistan rəhbərliyi də qərbin tərəfinə keçmək istəyir ki, Qarabağa məsələsində qərbdən Kosovo kimi dəstək alsın. İrəvanda bir çoxları düşünür ki, Ermənistan bu niyyətinə çatacaq və NATO-nun üzvü olacaq. Bu fikri erməni ekspert David Şahnazaryan xüsusi əminliklə ifadə edib: "Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq və NATO-nun üzvü olacaq”.

"Rosbalt”ın yazdığına görə, Moskva İrəvana xarici siyasətdə bu cür radikal dəyişiklik etməyə icazə verməz: "Onun əlində çox ağrılı qamçı - Qarabağ münaqişəsi var. Bu məsələdə İran da Rusiyanı dəstəkləyir. İran NATO-nu öz sərhədlərinə bu qədər yaxın buraxmaz. İrəvanla Tehran arasında nə qədər "qardaş” münasibəti olsa da, İran üçün öz marağı daha önəmlidir”.  

Nə isə, göründüyü kimi, Azərbaycan üçün çox strateji vacib olan bir məqam yetişir. Rəsmi Bakı hadisələrin inkişafına addım-addım izləyib erməni təxribatlarının qarşısını vaxtında almalıdır. Əks halda, çox gec olacaq.
 

Çingiz RÜSTƏMOV / İstiPress  




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol