• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin qəfil hücum planı

Ermənilərin qəfil hücum planı
22.06.2017 09:47
Ermənistanın Azərbaycana sarsıdıcı zərbə planları baş tutmayacaq, çünki hazırda cəbhə xəttində üstünlük tamamilə Azərbaycan ordusunun tərəfindədir.

Bu barədə Milli.Az-a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri fonunda cəbhədə baş verən hadisələri şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib.

Onun sözlərinə görə, ermənilərin son zamanlar cəbhədəki gərginliyi artırmasının əsas səbəbi odur ki, Ermənistanda sosial-iqtisadi vəziyyət həddindən artıq pisləşib, kənd təsərrüfatı sahəsində tənəzzül var, kəndçilər hətta məhsullarını bazara çıxara bilmirlər:

"Nəqliyyat sektorunda gerilik var, ölkəyə giriş-çıxış minimuma enib. Qısası, Ermənistanda iqtisadi böhran var və ölkədə ab-hava üsyana yaxın durumdadır. Ermənistan rəhbərliyi - Dağlıq Qarabağın erməni klanı isə bunun əvəzində cəbhədə vəziyyəti yenidən gərginləşdirmək və müəyyən uğurlar əldə etməklə öz yerini möhkəmləndirmək istəyir. Lakin onların arxayın olduqları amerikan teplovizorları və Rusiyadan aldıqları silahlar cəbhədə üstünlük əldə etmək üçün yetərli olmayıb. Bunu ermənilərin son günlər verdikləri itkilərin sayından da bilmək olar. Son olaraq isə Azərbaycan Ordusu kəşfiyyat-təxribat qrupunun bir diversantını ələ keçirib".

Ekspertin fikrincə, bu gərginləşmənin ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri fonunda baş verməsi də təsadüfi deyil: "Ermənistanın məqsədi odur ki, qoşunların təmas xəttində kəşfiyyat sistemləri yerləşdirilsin və guya atışmalar olan zaman təqsirkar müəyyən edilsin. Əslində isə Ermənistan bununla mövcud status-kvonu saxlamaq niyyətindədir. Ermənilər təmas xəttinin rəsmi xəttə çevrilməsini və həmsədrlər tərəfindən nəzarətə götürülməsini istəyirlər. Əlbəttə ki, bu, Azərbaycan üçün qəbuledilməzdir. Hesab edirəm ki, vasitəçilərin son səfəri zamanı apardıqları danışıqların nəticələri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına əsaslanacaq. Əsas istiqamət Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılması məsələsi olacaq".

"Ermənistan ordusuna xüsusi tapşırıq verilib"

 E.Ələsgərov hesab edir ki, Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir: "Ermənistan ordusu dəfələrlə kəşfiyyat əməliyyatları həyata keçirib. Çünki onların ağzında hələ 22-24 il əvvəlki müharibənin dadı qalıb. Ermənilər istəyir ki, qəfil hücumla Azərbaycana sarsıdıcı zərbə vursunlar. Lakin indi vəziyyət çox dəyişib. Onlar kəşfiyyat aparsalar da, bizim ordumuz da müasir texnologiyaların köməyi ilə oradakı vəziyyətə nəzarət edir. Əgər onlar hansısa qruplaşmanı təmas xəttində önə çəkərlərsə, anında da raket-artilleriya qüvvələri tərəfindən darmadağın ediləcəklər. Yəni indiki vəziyyətdə cəbhə bölgəsində təşəbbüs Azərbaycan ordusunun tərəfindədir və Ermənistan ordusunun bu məngənədən çıxış yolu yoxdur. Ermənilərin əhalini Talış kəndinə qaytarmaq planı da artıq iflasa uğrayıb. Ermənilər özləri məlumat yayıb ki, Talışdan 2 minə yaxın erməni Ermənistana köçüb. Yəni Ermənistan artıq bu köçün də qarşısını bilmir. Belə vəziyyətdə onlar hərbi təxribatlara əl atırlar. Onlar Rusiya ilə hərbi ittifaqın kölgəsi altında Azərbaycana qarşı zərbə tədbirləri planlaşdırırlar. Lakin diversantın ələ keçməsi göstərir ki, onların bu planları da iflasa uğrayır. Hazırda vəziyyət bir neçə il bundan əvvəlkindən tam fərqlidir və təşəbbüs ordumuzun tərəfindədir. Ötən ilin aprel döyüşləri, daha sonra "OSA"nın və bir sıra döyüş texnikalarının vurulması, nəhayət, ermənilərin çoxlu itki verməsi və bir nəfərin də əsir götürülməsi buna əyani sübutdur".
 
Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribat cəhdləri nəticəsində 6 hərbçisini itirsələr də, yolundan dönmürlər. İyunun 20-də axşam saatlarında siə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstəriblər. Lakin Azərbaycan Ordusunun bölmələri kəşfiyyat qrupunu aşkar edib, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hərbçilərimizin çevikliyi nəticəsində hətta təxribat qrupunun Zaver Hovanis Karapetyan adlı bir üzvü də ələ keçirilib.
 
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol