İrəvanın qorxduğu Qarabağ planı işə düşdü

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Musa Mikaelyan bu bəyanat fonunda ABŞ və Çin arasında aparılan danışıqları xatırladıb. İlk baxışdan sual yaranır: Vaşinqton-Pekin danışıqları ilə Qarabağda yaranan gərginliyin nə əlaqəsi?
Erməni siyasi şərhçi yazır ki, ABŞ və Çin Şimali Koreyanın nüvə proqramı üzrə danışıqlar aparır: "Bu, onu göstərir ki, Tramp Administrasiyası üçün hazırda əsas prioritet Şimali Koreyadır. Hətta Vaşinqton bildirir ki, ehtiyac olacaqsa, hərbi müdaxilə yolunu da seçəcək. Çinlə aparılan danışıqların məqsədi də odur ki, Pekin hərbi müdaxilənin olmaması üçün təsir rıçaqlarından istifadə edərək, Pxenyanı fikrindən daşındırsın. Bu, o deməkdir ki, ABŞ üçün Dağlıq Qarabağ problemi prioritet deyil. Deməli, məsələ Rusiyanın təsiri altında qalacaq”.
M.Mikaelyan hesab edir ki, Rusiya Qarabağ məsələsində təsir gücünü saxladıqca, proseslər Ermənistanın əleyhinə işləyir.
"Bunun acı nəticəsi ilə qarşılaşmışıq. Rusiya Bakı-Moskva əməkdaşlığına Ermənistanın maraqlarından daha çox üstünlük verir”, - deyə o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























