• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda azərbaycanlı əsirlərin başına gətirilən dəhşətlər - FOTOLAR

Ermənistanda azərbaycanlı əsirlərin başına gətirilən dəhşətlər - FOTOLAR
23.06.2017 16:06
"Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbey azərbaycanlı əsirlərin Ermənistanda mədənlərdə işlədildiyi faktını yenidən gündəmə gətirib.

"Qonşu ölkələrdən birinin vətəndaşları işğal altında Qarabağa səyahət edərkən, əsirlərin uzun müddət ərzində saxlanıldığı Zod kəndi yaxınlığındakı əraziyə gəliblər. Həmin vaxt ordakı mədənlərdə işləyən, ac, səfil vəziyyətdəki insanları görüblər. Dəmir tellərlə bağlı olan bölgədə işləyənlərin kim olduğunu öyrənəndə isə heyrətə düşüblər. Onları gəzdirən erməni Zod altındakı mədənlərdə, eləcə də digər mədənlərdə işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib. Keçmiş dövrdə Gürcüstana turist kimi gələn bəzi ermənilər də azərbaycanlı əsirlərin ağır işlərdə işlədildiyini dəfələrlə bildiriblər”, - deyə o qeyd edib.

G.Gülbey hesab edir ki, bu faktlar məsələni araşdırmaq və beynəlxalq ictimaiyyətin qarşısına çıxarmaq üçün yetərlidir: "ATƏT-in Minsk qrupu bu məsələ haqda nə düşünür, bu günə qədər bol maaş almaqdan, lazımsız toplantılar keçirməkdən başqa hansı işləri görüblər? Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqlarını Müşahidə Təşkilatı, İşgəncələrə qarşı beynəlxalq təşkilatlar o bölgədə araşdırmaların aparılması üçün hansı addımı atıblar?!”.

ASİMDER rəhbəri azərbaycanlı əsirlərlə bağlı məsələsini araşdıracaqlarını və davamlı şəkildə gündəmdə saxlayacaqlarını açıqlayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol