• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır

Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır
27.06.2017 10:12
"Rusiya Azərbaycana ilk növbədə kommersiya maraqlarından çıxış edərək silah satır. Azərbaycan silahların tam haqqını ödəyir, Rusiya da müvafiq surətdə onu alır. Ancaq Azərbaycanın siyasəti nöqteyi-nəzərincə, bu, müharibəyə hazırlıqıdır”.

Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı siyasi və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Xramçixin Rusiyadan Azərbaycana son partiya silahlar göndərilməsini 1 in.am portalına şərh edərkən deyib.

Onun sözlərinə görə, bu - Bakı ilə Moskva arasında bir neçə il öncə əldə olunmuş anlaşmaya uyğun surətdə reallaşan planlı bir göndəriş olub. "Mən təkrar edirəm, bu, tər-təmiz bir kommersiya sövdələşməsidir. Çünki neftin qiyməti yüksək olduğu dönəmdə Azərbaycan ən yeni hərbi texnikalar almağa hazır idi. Rusiya da bu silahlardan ona satıb. Vəssalam, tər-təmiz bir kommersiya”, - deyə Xramçixin erməni tərəfini sakitlıəşdirməyə çalışıb.

Rusiyalı analitik bunun ardınca erməniləri sakitləşdirməyə çalışmaqda davam edərək deyib: "Ermənistan isə Rusiyadan "İsgəndər” kompleksləri alıb. Bu – eksklüziv bir silah tədarüküdür. Çünki belə bir silah Rusiyadan və Ermənistandan savayı heç bir başqa ölkədə yoxdur. Özü də bildiyim qədər, Ermənistan bu sistemi tam qiymətinə almayıb. Rusiya hesab edir ki, Azərbaycanda istənilən nöqtəni vurmaq bacarığına malik "İsgəndər”lərlə Azərbaycana silah verilməsini tamamilə kompensasiya edib”.

Bununla belə, rusiyalı ekspert onu da etiraf edib ki, Rusiya silah-sursatı Azərbaycanın hərbi potensialının artmasına gətirib. "Əlbəttə ki, Rusiya siyasəti nöqteyi-nəzərincə, Moskva kompensasiyanı təmin edib. Lakin Azərbaycanın yanaşması axı, başqadır: Bakının nəzərincə, bu, təbii ki, müharibəyə hazırlıqdır. Azərbaycan Qarabağı qaytarmaq üçün yeganə olan müharibəyə hazırlaşır”, – o, qeyd edib.

Xatırladaq ki, iyunun 24-də Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan yeni növ silah-sursat alındığı haqda məlumat yayıb. Yayılan fotolardan göründüyü kimi, bu hərbi texnika arasında "Xrizantema C” tank əleyhinə raket sistemləri də var.

Bu texnikanın üstünlükləri haqda danışan rusiyalı ekspert deyib: "Xrizantema”, necə deyərlər, döyüş meydanı üçündür və bu silah Azərbaycana həmin o yeganə müharibənin gedişində gərək olacaq. Bu silah əlbəttə ki, Ermənistana qarşı tətbiq olunacaq. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibəyə hazırlaşır. Əlbəttə ki, nəzəri baxımdan heç nəyi istisna eləmək olmaz. Bununla belə, Azərbaycanın tək düşməni Ermənistandır”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol