• $
  • €
  • ₽
  • ₺
  • £

Booking.com Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini dayandırıb

Booking.com Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini dayandırıb
29.06.2017 18:13
"Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırıb”.
 
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev əlavə edib ki, bu il iyunun 2-də XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görüləcəyi, Hollandiyadakı səfirlik vasitəsilə booking.com şirkətinə etiraz bildiriləcəyi açıqlanıb.
 
"Booking.com-un Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq etməsi və orada mehmanxana sifarişlərinin həyata keçirməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə ziddir. Şirkətin qeydiyyatda olduğu Hollandiya, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, booking.com bu mövqeyin əksinə fəaliyyət göstərib” – deyə, H. Hacıyev əlavə edib.
 
XİN sözçüsü deyib ki, münaqişə zonası və etnik təmizləmənin törədildiyi məkan kimi Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana rezervasiyasının həyata keçirilməsi, bundan komissiya şəkildə qazanc əldə edilməsi korporativ biznes etikası qaydaları və mənəvi dəyərlərlə bir araya sığmır.
 
"Şirkətə onu da xatırlatmaq istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir. Qeyd olunanları nəzərə alaraq, booking.com şirkətini Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq.
 
XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək” – deyə, o əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol