Erməni separatçıları özlərinə yeni başçı "seçməyə" hazırlaşır

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır.
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir "seçki"nin nəticələrini tanımır.
www.anews.az
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu on günlüyündə qondarma rejiminin "parlament"i yeni "prezident" seçəcək.
Onun sözlərinə görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başçılıq edəcək, ondan sonra isə qondarma rejiminin "konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























