• $
  • €
  • ₽
  • ₺
  • £

Başlayacaq döyüş əməliyyatları Ermənistanı sosial və siyasi krizisə yuvarladacaq

Başlayacaq döyüş əməliyyatları Ermənistanı sosial və siyasi krizisə yuvarladacaq
02.07.2017 20:35
Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlara başlayacağı təqdirdə Ermənistanı qısa müddətdə, söhbət 10-15 günlük döyüşlə kapitulyasiyaya məcbur edə bilər. Başlayacaq döyüş əməliyyatları və məğlubiyyət Ermənistanı həm də sosial və siyasi krizisə yuvarladacaq.

Bu fikirləri "AzeriDefence”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnuik Azər Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ildə keçirdiyi iki böyükmiqyaslı təlim, eləcə də ayrı-ayrı qoşun bölmələrinin təlimləri "ildırımsürətli müharibə” ssenarisinin nəzərdən keçirildiyini ehtimal etməyə əsas verir.

"Təlimlərin gedişində Müdafiə Nazirliyinin yaydığı videolarda mühəndis və artilleriya bölmələrinin fəaliyyəti növbəti döyüşlərdə qarşıya qoyulan tapşırıqları effektiv və sürətli şəkildə icra etmələrinə imkan verəcək. Bu gün Ermənistan Ordusunun işğaı altındakı Azərbaycan ərazilərində qurduqları eşalonlaşdırılmış mühəndis mövqelərinin struktruna nəzər salaq. Birinci eşalonun yarılmasında aprel döyüşlərindən göründüyü qədər problem olmadı. Bir məsələni də qeyd edim ki, erməni ordusunun birinci və ikinci eşalonları arasındakı sahələrdə yaradılan tank əleyhinə xəndəklər, dolaşıq məftillərdən maneələr, minalanmış sahələrin keçilməsi mühəndis istehkam bölmələrinin və artilleriya qoşunlarının hesabına mümkün olacaq”, – deyə ekspert vurğulayıb.

Hərbi ekspert qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra ermənilərin də öz zəif tərəflərini müəyyən edərək onu aradan qaldırmalarını diqqətdən kənarda saxlamaq olmaz. Belə ki, ermənilər bu döyüşlərdə Azərbaycanın əlində olan bəzi silah sistemlərinin "zərbəsini daddıqları üçün” növbəti döyüşlərdə ona qarşı tədbirli olacaqlar. İkinci bir məqam düşmənin ehtiyat qüvvələrinin hansı müddətə döyüş bölgəsində müəyyən edilmiş yerlərə dislokasiyasıdır: "Biz də gördük ki, ermənilərin ön cəbhədə əsgər çatışmazlığı problemləri var. Onların bölmələri natamam şəkildə komplektləşdirilib. Lakin düşmən döyüşlərin ilk günü könüllü şəkildə təqribən 600-ə yaxın birinci Qarabağ müharibəsi iştirakçısını cəbhəyə göndərmək üçün cəlb edə bildi. Sonrakı günlərdə bu rəqəm 10 minə çatdırıldı. Onlar yaşlı olsalar da təcrübəli müharibə görmüş insanlardır. Onlar 1992-1994-cü illərdə döyüşdükləri istiqamətlər üzrə göndərildilər və bu onu deməyə əsas verir ki, ermənilər yenə də keçmiş döyüşçülərin təcrübəsindən istifadə edəcək. Bu məsələ də ciddiyə alınmalıdır”.

A.Hüseynov onu da əlavə edib ki, bu gün Ermənistan Ordusunun həm işğal altındakı Azərbaycan ərazilərində, həm də Ermənistandakı hərbi bazaları, qüvvələrin çıxış rayonları, onların koordinatları Azərbaycan Silahlı Qüvvələrinə bəllidir: "Biz bu gün düşmənin cəbhə xəttində hansı silah və texnikanı hansı məsafədə yerləşdirdiyini bilirik. Azərbaycan Ordusu bu bazalara, cəmləşmə rayonlarına preventiv zərbə endirməklə, döyüşləri ilk saatdan öz xeyrinə dəyişə bilər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol