• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli sakinləri: "Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir" - Alxanlıdan reportaj

Füzuli sakinləri: "Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir" - Alxanlıdan reportaj
29.05.2020 09:21
"Erməni heç vaxt bizi ölümlə qorxuda bilməz. Biz burada yaşamışıq, axıradək də yaşayacağıq, ölsək də burada öləcəyik”. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Ermənistan ordusunun ötən gecə atəşə tutduğu Füzuli rayonunun Alxanlı kənd sakinləri bildiriblər. Kənd sakinləri ötən gecəni ayaqda qarşılasalar da, orduya güvəndiklərini və düşmənin bu kimi təxribatlarından zərrə qədər də olsa, çəkinmədiklərini bildiriblər.
 
Kənd sakinləri Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsinin, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasının vəhşilik aktı olduğunu vurğulayıblar. "Bu insanlığa sığan iş deyil, müharibə şəraiti olsa belə uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil”, - deyə kənd sakini Mətləb Quliyev bildirib.  
 
"Erməni ordusunun bu təxribatı həmişə törətdiyi vəhşilikdir. Onlar vəhşiliklərindən heç vaxt qalmırlar. Bu insanlığa sığmayan şeydir. Körpə uşağın, dinc əhalinin belə qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz”, - deyə digər kənd sakini Qurban Quliyev .
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun təxribatı nəticəsində qəlpə yarası almış və "N” saylı hərbi hospitala çatdırılmış 52 yaşlı Səlbinaz Quliyevanın həyatına təhlükə davam etməkdədir.
 
Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zovcuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 

 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
 
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

 
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
 
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol