• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ münaqişəsi - "Zaman artıq Azərbaycanın xeyrinə işləyir”

Qarabağ münaqişəsi - "Zaman artıq Azərbaycanın xeyrinə işləyir”
05.07.2017 15:27
Dünyanın aparıcı supergüclərinin Cənubi Qafqaz regionuna xüsusi marağı var.
 
Bu fonda onlar öz mənafeləri üçün sözügedən regionda təhlükəsizliyin təmin edilməsi üçün maraqlıdırlar. Lakin buna baxmayaraq, regionda mövcud olan və hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi bölgədə ciddi təhdid olaraq qalır. Bunu Cənubi Qafqazda stabilliyi istəyən sözügedən güclər də bilir. Ancaq maraqlıdır ki, Qarabağ münaqişəsinin həll olunmamış qalması supergüclərin regiondakı maraqlarına təhdid yaratsa da, həmin qüvvələr nədənsə, onun aradan qaldırılmasına tələsmirlər. Görəsən, niyə? Bu işdə onlara mane olan nədir?

Məsələni Yenicag.az-a şərh edən politoloq Elşən Manafovun fikrincə, dünya güclərinin Qarabağ konfliktilə bağlı bölgədəki maraqları üst-üstə düşmədiyindən indiki halda münaqişənin həllində də maraqlı deyillər:

"Qarabağ probleminin bu günə qədər həll olunmaması Azərbaycan dövlətinin güclənməsi ilə bağlıdır. Münaqişə həll olunarsa, bölgənin regional və qlobal təhlükəsizlik amilləri baxımından ən güclü dövləti Azərbaycan olacaq. Çünki ölkəmiz bölgənin lider dövlətidir.

Bu mənada düşünürəm ki, Azərbaycanın həddən artıq güclənməsini istəməyən dövlətlər münaqişənin həllində də maraqlı deyillər. Həmçinin, beynəlxalq güclərin təsiri nəticəsində təəssüf ki, beynəlxalq hüquq iflic vəziyyətinə gətirilib. Məhz beynəlxalq güclər geosiyasi maraqları naminə dünyanın müxtəlif bölgələrində yaşanan hadisələrə özlərinin milli dövlət təhlükəsizliyi kontekstindən yanaşırlar. Lazım olanda problemlərin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar qısa zaman ərzində icra edilir. Əksinə, lazımsız olanda sadəcə, dekorativ mahiyyətli qərarların qəbul olunmasına nail olunur, lakin onun icrası istiqamətində qəti addım atmırlar. BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı 4 qətnaməsi var. Amma buna baxmayaraq, indiyə kimi həmin qətnamələrin icrası istiqamətində hər hansı bir addım atılmayıb. Sadəcə olaraq, maraqlar toqquşduğundan və münaqişənin status-kvo vəziyyətində saxlanılması tərəflərin maraqlarına cavab verdiyindən həmin qətnamələrin icrası istiqamətində konkret addım atılmır.

Bölgəmizdə dünya güclərinin maraqları üst-üstə düşmədiyindən problemin həlli də gecikir. Onların maraqlarının üst-üstə düşməməsi Azərbaycanın da maraqları toqquşan dövlətlər arasında yaşanan vəziyyətdən məharətlə istifadə edib, manevr etmək imkanlarını artırır. Digər tərəfdən, xristian təəssübkeşliyi faktoru da dünya güclərini münaqişənin həllində maraqlı olmamağa gətirib çıxarıb. Təəssüf ki, müasir dünya sivilizasiyalararası əməkdaşlığa deyil, qarşıdurma yoluna qədəm qoyub. Bütün hallarda artıq zaman Azərbaycanın xeyrinə işləyir”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol