• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Azərbaycana dəstək: “Ermənistandan intiqam alınmalıdır”

Türkiyədən Azərbaycana dəstək: “Ermənistandan intiqam alınmalıdır”
05.07.2017 18:56
"Ermənistanın bu cür təxribat addımları ilk deyil. Təəssüf ki, işğalçı susdurulmayana qədər son da olmayaca və təxribatlar davam edəcək”.

Bu barədə Publika.az-a açıqlamasında Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində dinc sakinlərin həlak olmasını şərh edərkən bildirib.


Onun sözlərinə görə, Ermənistan bu cür hücumlarla çox vaxt daxilindəki problemləri həll etməyə çalışır: "Azərbaycanı təxribata çəkərək, gündəmi dəyişmək istəyirlər. Bütün bunlar Ermənistanın təcavüzkar və destruktiv mövqeyindən, həmçinin, sülh danışıqlarına mane olmaq cəhdlərindən irəli gəlir”.

T.İsmayıl hücumun xarici işlər nazirlərinin görüşü öncəsi edilməsinin də təsadüfi olmadığını vurğulayıb.

"Bu, onu göstərir ki, İrəvan rejimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmaması üçün əlindən gələn problemləri yaradır. Bu problemləri diqqət mərkəzində saxlayaraq, Azərbaycanla eyni masa arxasında əyləşib sülh danışıqları aparmağı və ərazilərin qaytarılması məsələsini təxirə salır”, - deyə o bildirib.

Siyasi ekspert baş verənlərin Qarabağda yeni toqquşmalara səbəb ola biləcəyini istisna etmir: "Əslində toqquşma dayanmayıb, baş verən hadisə də toqquşmaların nəticəsidir. Lakin böyük çaplı müharibənin olacağını demək çətindir. Yəni ola da bilər, olmaya da. Bu məsələdə konkret nəsə demək mümkün deyil. Amma Azərbaycanın müharibə qərarını təkbaşına verməsi də çətindir. Çünki bölgədə maraqları olan böyük dövlətlərin, xüsusilə Rusiya və ABŞ-ın mövqeləri nəzərə alınmalıdır. Hazırda heç kim bölgədə müharibənin olmasını arzulamır. Digər tərəfdən, Rusiya Ermənistanla müxtəlif anlaşmalar imzalayaraq, bu ölkəni tək qoymayacağını göstərir. Baş verə biləcək müharibədə Rusiyanın hansı mövqedə olacağı məlumdur. Silahlı toqquşma Rusiyaya sərf etmir, çünki Moskva status-kvonun saxlanılmasını istəyir. Erməni tərəfi bunu yaxşı bildiyi üçün Azərbaycana hücumlar edərək, vəziyyəti gərginləşdirir. Son hücumu da bu kontekstdə qiymətləndirmək olar”, - deyə o bildirib.

Lakin T.İsmayıl qeyd edib ki, Azərbaycan həlak olan vətəndaşlarının qanını yerdə qoymamalıdır: "Azərbaycan qətiyyətlə bildirməlidir ki, öldürülən hər bir vətəndaşının intiqamını alacaq. Bununla yanaşı, məsələni dünya ictimaiyyətinin qarşısında gündəmə gətirərək sərt tələblərlə çıxış etməlidir. Ərazilər işğaldadır, işğalçı ortadadır, lakin münaqişədə heç bir irəliləyiş yoxdur. Bu münaqişə hər zaman Azərbaycanın bir dövlət kimi rahat addımlamasına mane olacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol