“Dünya ictimaiyyəti buna göz yummamalıdır” - İlham Əliyev

Ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ölkə gündəminin əsas mövzusudur. Bu hadisə Azərbaycanla yanaşı, dünya ictimaiyyətinin də diqqətini çəkib.
Azərbaycan prezidenti İlham Əliyevin rəsmi feysbuk səhifəsində də məsələ ilə bağlı paylaşım edilib.

Belə ki, səhifədə qan içində olan uşaq oyuncağı paylaşılıb və ona prezidentin bununla bağlı sitatı üç dildə əlavə edilib:
"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























