Ermənilərin yaraladığı qadının vəziyyəti orta ağırdır

Ötən gün ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Səlminaz Quliyevanın döş qəfəsində çoxsaylı qəlpə yaraları olub, süd vəziləri travmatik zədələnib.
Bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib. Onun sözlərinə görə, artıq S.Quliyeva əməliyyat olunub. Hazırda onun sağlamlığı üçün təhlükə yoxdur. S.Quliyevanın sağlamlıq vəziyyəti orta ağır qiymətləndirilir və stabildir.
N.Şükürov qeyd edib ki, vəziyyəti nəzərə alınmaqla, S.Quliyeva yaxın 2 gün ərzində yerləşdiyi hərbi hospitaldan Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürülə bilər.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib