• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir

Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir
06.07.2017 14:25
Hüquq müdafiəçiləri Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat veriblər.

Bəyanatda qeyd edilir ki, iyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması,  bir qadının isə ağır yaralanaması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir:  "Biz Azərbaycan hüquq müdafiəçiləri bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törədiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır”.

Azərbaycan hüquq müdafiəçiləri bəyan edirlər ki, 1998-ci ildən bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edib. Bütün bu ərazilər erməilər tərəfindən etnik təmizləməyə məruz qalıb: "Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşmüşdür. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da,  bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olmuşdur”.

Azərbyacan hüquq müdafiəçiləri Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmamasının  onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaratdığını xüsuslə vurğulayaraq beynəlxalq birliyə çağırış ediblər: "Buna görə biz beynəlxalq birliyi, xüsusən BMT və digər beynəlxalq təşkilatları Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyaları tətbiq etməyə, xüsusilə yaşlı insanların  və uşaqların məqsədyönülü şəkildə ölüdürülməsinə laqeyd qalmamağa çağırırıq”.

Bəyanatı Azərbaycanın 15 tanınmış hüquq müdafiəçisi imzalayıb. Bəyanat artıq ingilis dilində beynəlxalq təşkilatlara təqdim edilib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol