Türkiyənin Aİ üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması barədə hesabat qəbul edilib

Hesabatın lehinə 477 deputat səs verib.
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması haqqında hesabatı qəbul edib.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hollandiyadan olan deputat Kati Piri tərəfindən hazırlanan hesabatın lehinə 477 deputat səs verib.
Bu hesabat iyulun 5-də müzakirə edilib, iyulun 6-da isə təsdiqlənib.
Hesabatda Türkiyənin Avropa İttifaqına üzvülüyü ilə bağlı müzakirələin dayandırılmasına çağırış edilib.
Qeyd edək ki, Avropa Parlamentinin 751 üzvü var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























