• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyalı parlamentarilər ermənilərin Füzulidə törətdiyi vəhşiliyi pisləyiblər

Britaniyalı parlamentarilər ermənilərin Füzulidə törətdiyi vəhşiliyi pisləyiblər
06.07.2017 16:00
Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutmasına, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olmasına münasibət bildiriblər.
 
Lord Kilkluney regiona dəfələrlə səfər etdiyini, münaqişənin diplomatik yolla həll olunacağına əmin olduğunu bildirib: "Təmas xəttində istənilən insan ölümü halları təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir".
 
Baronessa Zahidə Mənsur isə qeyd edib ki, insan ölümü bütün hallarda faciədir: "Azyaşlı uşağın qətlə yetirilməsi isə xüsusən ağırdır. Erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər”.
 
Öz növbəsində Mark Menzies bildirib ki, regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir: "İki yaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqlarının pozulmasına yönəlmiş bir addımdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol