• $
  • €
  • ₽
  • ₺
  • £

"Sarkisyanı heç bir bunker xilas etməyəcək"

"Sarkisyanı heç bir bunker xilas etməyəcək"
06.07.2017 16:31
2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonu istiqamətində dinc əhaliyə atəş açıb. Nəticədə, 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Ölənlərdən biri 2 yaşlı Zəhradır. Sözügedən hadisə səbr kasasının dolması üçün son damla olub. Beynəlxalq ictimaiyyətin susqunluğu fonunda Ermənistan tərəfinin təxribatıyla münaqişənin dost yolla həlli istiqamətində aparılan danışıqlar prosesi bir daha iflasa uğrayıb.

Milli.Az xəbər veir ki, yeniçag rusiyalı politoloq Denis Korkodinovdan faciə ilə bağlı açıqlama alıb:

"Rəsmi İrəvan təkcə Azərbaycan Silahlı Qüvvələrinə deyil, dinc əhaliyə də atəş açdı. Hərbi münaqişəylə heç bir əlaqəsi olmayan bu insanlar Serj Sarkisyanın işğalçı rejiminin qeyri-ixtiyarı dustağına çevrildilər. Ermənistan hakimiyyəti isə hələ də yüksək tribunalara çıxaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu açıqlayır. Yəni, İrəvan hələ də beynəlxalq arenada yalan danışmağa davam edir və özünü Azərbaycan hərbçilərinin sui-qəsdinin qurbanı kimi göstərir.

Buna baxmayaraq, Ermənistan bütün dünyaya açıq şəkildə nümayiş etdi ki, Azərbaycan xalqını etnik təmizləmək və ərazilərini məhv etmək istəyir. Atəşkəs rejiminə riayət etmək barədə razılaşma əvvəlcədən təhlükə altında idi. ATƏT-in Minsk Qrupu həmişə elə bir görüntü yaradırdı ki, guya heç nə baş vermir. Lakin Minsk Qrupundan heç bir fayda yoxdur və heç bir zaman da olmayıb. Serj Sarkisyanın işğalçı siyasi rejimi bu gün kiçik problemdir. Bu promlemi isə təkcə ATƏT-in Minsk Qrupu deyil, bütün dünya sivilizasiyası həll etməlidir. Belə ki, rəsmi İrəvan sülhə hesablanmamış oyununu oynamağa davam edir.

Başa düşmək lazımdır ki, hazırkı şərtlərdə Ermənistan hər şey etməyə hazırdır. Bu ölkə hətta öz əsgərlərini güllələyib, günahı Azərbaycanın üzərinə ata bilər. Ermənistan rəhbərliyi qəsdən münaqişəni alovlandırır.

Qeyd etmək lazımdır ki, bu gün biz çox çətin hərbi-siyasi vəziyyətdəyik. Belə ki, Azərbaycan və Ermənistan orduları arasında hərbi toqquşma sadəcə an məsələsidir. Körpənin öldürülməsini və cəmiyyət arasındakı gənginliyi nəzərə alsaq, Azərbaycan artıq dayana bilməyəcək. Serj Sarkisyan və onun ətrafı çətin ki, bunu anlamasınlar. Azərbaycan qisas almağa başlayanda, onları heç bir bunker xilas edə bilməyəcək".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol