• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

Ermənistan səfirliyi qarşısında etiraz aksiyası
08.07.2017 16:20
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunan etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən anews.az-a verilən məlumat görə, Ermənistan silahlı qüvvələrinin iki Azərbaycan mülki şəxsini öldürməsi və Azərbaycanın Dağlıq Qarabağ regionunda təcavüzü davam etdirməsi ilə bağlı keçirilən aksiyada Vaşinqton və şəhər ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Etirazçılar əllərində tutduqları lövhələrdə Füzulinin Alxanlı kənd sakinləri 50 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Ermənistanın təcavüzü və Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar təqdim edilib. Bannerlərdə, həmçinin dünya ictimaiyyətinə İrəvanın işğalçı siyasətinin tanınması və Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb edilməsi çağırışları əks olunub. Lövhələrdə Xocalı soyqırımının əsas günahkarlarının, o cümlədən Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın, sabiq prezident Robert Köçəryanın, hazırkı müdafiə naziri Seyran Oqanyanın və beynəlxalq terrorçu Monte Melkonyanın fotoları nümayiş etdirilib. İştirakçılar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, AŞPA, BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər barədə məlumatlar veriblər.
Aksiyada "Zəhraya ədalət!”, "Sahibəyə ədalət!”, "Dinc sakinlərin öldürülməsinə görə sizə ar olsun!”, "Ermənistan, Azərbaycandan rədd ol!”, "Evlərimizi qaytarın!”, "Ermənistan, bizim Qarabağdan rədd ol!”, "Qarabağı işğal etdiyinizə peşman olacaqsınız!”, "Erməni terrorunu qınayın!”, "Biz Xocalını, Malıbəylini, Quşçuları, Qaradağlını unutmadıq!”, "Xocalı qətliamı təkrar olunmamalıdır!”, "Ermənistan etnik təmizləmədə günahkardır!”, "Uşaq qatilləri!”, "Ermənistan vassal dövlətdir!”, "Xankəndindəki oyuncaq hökumət rədd olsun!”, "Konqresdən pul dilənməyiniz bəsdir!”, "Azərbaycan torpaqlarından əlinizi çəkin!” və digər şüarlar səsləndirilib.

İştirakçılar Ermənistan hökumətindən Azərbaycanda torpaqlarından çıxmağı və Azərbaycan kəndlərini atəşə tutmağı dayandırmağı, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağı, girovları dərhal azad etməyi və məcburi köçkünlərin doğma evlərinə qayıtması üçün şərait yaratmağı tələb ediblər.

Xatırladaq ki, iyulun 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində Füzuli rayon Alxanlı kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya yerləşdirilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol