• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərdən ikinci Zəhra qətliamı

Ermənilərdən ikinci Zəhra qətliamı
10.07.2017 14:03
Ermənistan Azərbaycana qarşı yeni cəbhə açır

Erməni portalları 1990-cı il hadisələri ilə bağlı Bakıdan Moskvaya köçmüş erməni ailələrini ələ keçirdikləri 143 mənzildən çıxarılması xəbərini Azərbaycana qarşı istifadə etmək istəyirlər.
 
İstiPress-in məlumatına görə, erməni KİV-lər bununla iyulun 4-də Füzulu rayonunun Alxanlı kəndində iki yaşlı Zəhranı və nənəsini qətlə yetirmiş Ermənistanın işğalçı cinayətini ört-basdır etməyə çalışırlar. Ermənistan prezidentinə yaxın "Panarmenian” portalı "Meduza”dan götürdüyü materiala əlavələr edərək 1988-1990-cı illərdə Azərbaycandan Rusiya paytaxtına bir neçə yüz min erməni qaçdığı iddia edir. Bununla da, Azərbaycanda ermənilərə qarşı döyzümsüzlük şəraiti olduğunu qabartmağa çalışırlar. İki yaşlı Zəhranın öldürülməsindən dərhal sonra Rusiya XİN-in bəyanat yayaraq erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması məsələsini gündəmə gətirməsi də bununla bağlıdır. Beləliklə, 6 gün qabaq iki yaşlı Zəhranı qətlə yetirən Ermənistan indi də onun xatirəsini məhv etməyə çalışır.

Əslində, Moskvaya heç də Bakıdan bir neçə yüz min erməni köçməyib. Həmin vaxt Qarabağ hadisələri ilə bağlı Azərbaycandan cəmi 240 min erməni köçüb və onlar evlərini rahat sataraq  tək Moskvaya deyil, dünyanın müxtəlif ölkələrinə yerləşiblər. Son 25 ildə Moskvada ermənilərin sayı 60 min artaraq 106 minə çatıb ki, bunun da bir neçə on mini Bakı ermənilərinin payına düşə bilər. Amma əsas artım Ermənistandan qaçmış ermənilərin payına düşüb, hər halda son 25 ildə Ermənistanı əhalisi 2 milyon azalıb və  erməni miqrantlar əsasən Rusiyaya üz tutublar. 



Düzdür, sayı 1 milyona çatan azərbaycanlı qaçqın və məcburi köçkünlərdən fərqli olaraq, 250 min erməni qaçqın sığınmaq üçün heç də öz ölkələrini seçmədilər, hazırda Ermənistanda çox az sayda Azərbaycandan getmiş qaçqın var. Azərbaycanda beynəlmiləlçi mühitdə yaşamağa alışmış Bakı erməniləri təbii ki, faşist ab-havanın hökm sürdüyü İrəvana getmədilər. Halbuki, həmin vaxt Ermənistanı tərk etməyə məcbur olmuş 240 min azərbaycanlı və 60 min kürd Azərbaycana gələrək burada yerləşmişdi. O vaxt bəzi dairələrin həmin ailələri məcburi şəkildə Qazaxıstana və Rusiyanın ucqar vilayətlərinə yönəltmək niyyəti olsa da, həmin qaçqınlar Azərbaycanı tərk etmədilər və əksəriyyəti hələ də Azərbaycandadır.   
Ermənistandan qaçqın düşən azərbaycanlılara evlərini satmağa və əmlaklarını çıxarmağa imkan vermədilər. 1988-ci il dekabrın əvvəlində yüz minlərlə adam dağlardan piyada Azərbaycana keçməyə məcbur olmuşdu. Yüzlərlə insan dağlarda həlak olmuşdu, Azərbaycana yerləşmiş ailələr hər şeyi sıfırdan başlamalı olmuşdular.
Amma Bakıda evlərini və əmlakını satmış ermənilərin bəzilərinə  Moskvadakı havadarları şərait yaradaraq qaçqın kimi yeni tikilmiş binalarda pulsuz mənzil vermiçdilər. İndi həmin evlərdəki 143 mənzilin sənədləşməsindəki problemi qabartmaqla erməni KİV-ləri 2 yaşlı Zəhranın qətlini ört-basdır etməyə çalışırlar.
Bu, Azərbaycana qarşı müharibədə yeni cəbhə açılması deməkdir. Azərbaycan diplomatiyası bu hücuma hazır olmalıdır. Beynəlxalq müstəvidə həm 250 min erməni qaçqının, həm də sayı 1 milyona çatan  azərbaycanlı qaçqının faciəsinin kökündə məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal etməsinin dayandığı tzah edilməlidir.
Çingiz RÜSTƏMOV / İstiPress




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol