• $
  • €
  • ₽
  • ₺
  • £

"Ordumuz cəbhə boyu döyüş hazırlığındadır" - General

"Ordumuz cəbhə boyu döyüş hazırlığındadır" - General
11.07.2017 08:49
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu döyüş hazırlığındadır, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz hər hansı təxribata həmin anda dəqiq cavab verməyə hazırdır.

Bu fikri sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov cəbhədə baş verən son hadisələrə münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri iyulun 7-də Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısını, Alxanlı kəndində həlak olan körpə uşağın və onun nənəsinin qisasını aldı. Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vuruldu.

Sadəcə Ermənistan tərəfi cürət edərək itkilərini boynuna almır. Onlar yalan iftiralar yaymaqla məşğuldurlar. Ermənilər vəziyyəti gərginləşdirmək üçün ehtiyat hissələrini bir neçə istiqamətdə ön xəttə çəkiblər. Həmin bölmələrə də ordumuz tərəfindən güclü atəş zərbələri vuruldu. Düşmən altı nəfərdən az olmayaraq itki verib. Həmin artilleriya sistemləri ilə atəş zamanı düşmənin digər canlı qüvvə və texnikaları da tələfata uğrayıb. Misal üçün, artilleriya bölməsinin bir topunun mərmisinin qəlpələrinin məhvetmə radiusu 50 metrdir. Həmin mərmilərin qəlpələri 50 metr ətrafa səpələnir və orada heç bir canlı qüvvənin sağ qalması mümkün deyil. Onlarda tələfat həddindən artıq çoxdur. Bunu gizlətməyə çalışsalar da xeyri olmayacaq. Düşmən tərəfi ancaq fotomontajla, yalan videomateriallar yaymaqla məşğuldur. Çünki onlar itkilərini boyunlarına almaq istəmir və vəziyyəti gərginləşdirməkdə davam edirlər.(AzərTAc)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol