• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür
29.05.2020 10:50
Bu gün Azərbaycan və Ermənistan xarici işlər naziri ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən qeyri-formal iclası çərçivəsində görüşəcək. Ya ərazilərin qaytarılması, ya da müharibə. Görüşdə həm də bu iki seçim arasında qərar veriləcəyi ehtimalı yüksəkdir.

İyulun 4-də erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücumu və mülki azərbaycanlıları qətlə yetirməsi Qarabağ münaqişəsi ətrafında situasiyanı dəyişdirdi. Nazirlərin iyulun 11-də görüşəcəyi 4 iyul hücumundan öncə bəlli idi və bu görüş sülh danışıqlarının substantiv məcraya yönəldilməsinə, yəni real müzakirələrə hesablanmışdı. Lakin Ermənistan məhz substantiv danışıqları pozmaq və görüşdə münaqişə ətrafında yeni danışıqlar şərti irəli sürmək məqsədilə müki əhaliyə hücuma keçdi.
 

 
 
 
Hiyləgər plan: İrəvan mülki azərbaycanlıları hədəf almaqla düşünürdü ki, Azərbaycan da cavab atəşi olaraq mülki erməniləri vuracaq. Deməli, zərbə Dağlıq Qarabağ zonasına yox, Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna edilməli idi. Çünki işğal altındakı rayonlarda mülki ermənilər yaşamır və Azərbaycanın hədəfi mülki ermənilər olsaydı, yalnız Tavuş rayonunu vura bilərdi. Bu plan baş tutsaydı: münaqişənin həllinə hesablanmış substantiv danışıqlar pozulur; status-kvonu möhkəmləndirməyə hesablanan "atəşkəsə nəzarət mexanizmləri” aktuallaşır; bununla yanaşı, sərhəd bölgəsində yerləşən Tavuşa hər-hansı hücum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), dolayısı ilə Rusiyanın müdaxiləsinə zəmin yaradır.

İrəvan bu planla bugünkü görüşdə yeni şərtlər irəli sürmək, "atəşkəsə nəzarət mexanizmi”ni gündəmə gətirmək və Rusiyanı Azərbaycana qarşı çıxması üçün fakt qarşısında qoymaq istəyirdi.

Lakin Azərbaycanın heç vaxt olmadığı kimi, bu dəfə də mülki əhalini hədəfə almaması, işğal olunmuş ərazilərdə yerləşdirilən erməni hərbi birləşmələrini məhv etməsi İrəvanın planlarını pozdu. Bu baxımdan, nazirlərin görüşündə Bakının əli faktiki olaraq güclüdür.

Proseslərin analizi görüşdə irəli sürülə biləcək təkliflər və şərtlər haqda müəyyən ehtimallar irəli sürməyə imkan verir:

Həmsədrlərin təklifi:

1. Cəbhədə gərginliyin azaldılması
2. Tərəflərin substantiv danışıqlara başlaması
3. Prezidentlərin növbəti görüşünün hazırlanması, yaxud, ən azından nazirlər səviyyəsində təmasların davam etdirilməsi.
 
 
 

 
İrəvan danışıqları pozmağa cəhd edəcək:

1. Cəbhədə baş verənlərə görə Azərbaycanı ittiham edəcək. Ermənistan mediasının Alxanlıda qətlə yetirilən azərbaycanlılara görə Bakıya qarşı absurd ittihamlar səsləndirməsi də bunu deməyə əsas verir və əslində, Ermənistanın bu mövqeyi birinci dəfə olmadığı üçün təəccüblü də deyil.

2. "Atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ideyasını yenidən gündəmə gətirəcək.

3. Substantiv danışıqlardan qaçmaq üçün mülki azərbaycanlıların qətlinə cavab olaraq Azərbaycan Ordusunun erməni hərbi birləşmələrini məhv etməsini əsas gətirərək, "Bakı ilə danışıqlar aparmaq mümkün deyil” kimi klassik tezisi irəli sürəcək.

Bakının iki şərti:

1. İndiyə qədər masada olan razılaşmalar ətrafında substantiv danışıqların davam etdirilməsini tələb edəcək. Yəni, sülh qarşılığında ərazilərin azad edilməsi. Bu tələb Ermənistan üçün son şans ola bilər.

3. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, müharibə variantı avtomatik olaraq gündəmə gələcək.

Hesab etmək olar ki, Bakı 4 iyul görüşünün yaratdığı mənzərə fonunda Vyana görüşündə daha kəskin və konkret mövqe sərgiləyəcək. Ermənistanın isə öz qeyri-konstruktiv mövqeyindən əl çəkəcəyi çətin görünür. Mümkündür ki, İrəvan vaxt qazanmaq və Azərbaycan Ordusunun zərbəsindən yayınmaq üçün substantiv danışıqlara razı olduğu görüntüsü yaratsın. Lakin Azərbaycanın bu klassik hiyələlərə razılaşmayacağı dəqiqdir. Dünən Bakıya gətirilən yeni silah partiyasının cəbhəyə göndərilməsi, müdafiə naziri Zakir Həsənovun ordunun hazırlıq vəziyyətini qəfil yoxlaması Ermənistana bu gün son şansın veriləcəyi ehtimalını artırır. Əks təqdirdə, söz Azərbaycan Ordusunun olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol