• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI

Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI
11.07.2017 15:28
Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyasının Bakıya gətirilməsi və cəbhə bölgəsinə göndərilməsi Ermənistanın əsas gündəmidir.

Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti İrəvan hakimiyyətini Rusiyaya cavab verməməkdə ittiham edir, Serj Sarkisyanı qorxaq adlandırır, həmçinin, Qarabağda genişmiqyaslı hərbi toqquşmaların olacağına dair narahatlıqlarını dilə gətirir.

I Qarabağ müharibəsində öz qəddarlıqları ilə ad çıxarmış "komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan isə Bakı və Ankaranın Qarabağla bağlı gözlənilməz planlarının olduğunu deyib.

"Azərbaycan öz ordusunun arsenalını gücləndirir, lakin aldığı son silahlarla nə edəcəyini dəqiq demək çətindir. Azərbaycanın çoxlu pulu var və silah almaqda davam edəcək. Hesab edirəm ki, Azərbaycan və Türkiyə nəsə hazırlayır, onların gələcəyə dair planları var və bu gözlənilməz ola bilər”, - deyə o bildirib.

"Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan "facebook” səhifəsində Azərbaycanın Rusiyadan yeni silah partiyasını gətirməsini şərh edərkən yazıb ki, 2016-cı ilin aprel döyüşlərində Bakı Rusiyadan aldığı "Günəş alovu” TOS 1A və İsraildən aldığı "kamikadze” BLA pilotsuz təyyarələri ilə ağır zərbələr endirdi: "Məhz bu silahlar vasitəsilə rəqib bizim silahlı qüvvələrimizə böyük itki verdi. Rusiya həmin silahın böyük partiyasını yenidən Azərbaycana satdı, həmçinin, İsrail də silah satmaqda davam edir”.

Erməni analitik Armen Qriqoryan isə "Azadlıq radiosu”nun erməni xidmətinə açıqlamasında bildirib ki, 2011-ci ildə Qarabağ münaqişəsi üzrə Kazan danışıqları uğursuz olandan sonra, Azərbaycan genişmiqyaslı silahlanmaya başladı: "Bu dəfə Azərbaycan "aprel müharibəsi”ndən fərqli taktika izləyəcək və daha çox texnika işləyəcək”.

Erməni analitik qeyd edib ki, müharibə göstərdi ki, Ermənistanın tankları heç bir işə yaramır.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol