Qarabağı Azərbaycana qaytaracaq baş nazir

Ermənistan parlamentində müxalifətçi "Çıxış” blokunun təmsilçisi Sasun Mikaelyan 2018-ci ildə baş nazir vəzifəsinə indiki prezident Serj Sarkisyanı seçməyi təklif edib.
İstiPress-in məlumatına görə, müxalifətçi deputat parlamentdə dünən etdiyi çıxışında bununla da məsuliyyətini bütünlüklə Serj Sarkisyanın boynuna qoyulmasının vacibliyini vurğulayıb. Sasun Mikaelyan üstüörtülü danışıb və bu məsuliyyətin nə olduğunu açıqlamayıb:
"Əgər biz iki ildə bir baş nazirləri dəyişəsi olsaq, onların heç biri nə xalq, nə də dövlət qarşısında məsuliyyəti öz üzərinə götürməyəcək”.
Erməni jurnalist Sarqis Arsruni "1in.am” portalına müsahibəsində həmin məsuliyyətin Qarabağla bağlı olduğunu bildirib. Arsruni düşünür ki, Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq ictimaiyyət tərəfindən xalqların öz müqəddəratını etməsi hüququnun bir mənalı qarşılanmamasının, yəni qəbul edilməməsinin günahı Sarkisyandadır.
Bu variant rusiyalı jurnalist Mixail Belyayevin iyulun 4-də Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə edilmiş minaatan hücumu nəticəsində iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə bağlı bu yaxınlarda yazdığı məqalədə bildirilir. Mixail Belyayevin fikrincə, Azərbaycan Qarabağı öz nəzarətinə götürsə, bu, Rusiyanı qane edəcək:
"Azərbaycan ordusu yeni mövqelər ələ keçirəcək ki, mövqeləri möhkəmlənsin və danışıqlarda Ermənistan üçün yeganə çıxış yolu substantiv danışıqlara başlamaq olsun. Hadisələrin bu cür inkişafı nəticəsində İrəvanın danışıqlarda mövqeyi zəifləyəcək ki, bu da müəyyən dərəcədə Rusiyanın regional maraqlarına uyğun olacaq".
Müəllif fikirlərini Ermənistanın maksimalist mövqeyi ilə izah edir:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























