İşdən çıxarılan generalın oğlu həbs olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu yenidən həbs olunub.
Belə ki, Rüstəm Orucov 10-OG-300 nömrəli, BMW markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub.
Bu zaman 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədov ona irad bildirib.
Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün iradına cavab olaraq onu döyüb.
Xatırladaq ki, R.Orucov 2014-cü ildə piyadanı vuraraq hadisə yerindən qaçdığına görə 4 il azadlıqdan məhrum edilib.
Cəza müddətinin 1/3 hissəsini çəkdiyinə görə R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxıb.
İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə o, həbs olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























