• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin yaraladığı qadın təkrar əməliyyat edilə bilər

Ermənilərin yaraladığı qadın təkrar əməliyyat edilə bilər
12.07.2017 13:41
Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan Sərvinaz Quliyevanın vəziyyəti kafidir.
 
 
Bu barədə Publika.az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.
 
 
 
Onun sözlərinə görə, S.Quliyevanın müalicəsi davam etdirilir: "O, Horadiz Şəhər Xəstəxanasındadır. Hazırda vəziyyəti stabilir, bununla yanaşı ağrıları da var. Bu da normaldır, çünki ağır travma alıb. Səhhəti daim həkimlərimizin nəzarətindədir”.
 
 
Baş həkim S.Quliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürülməsinə ehtiyac olmadığını deyib: "Horadiz Şəhər Xəstəxanası Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyindədir. Orada da yüksək səviyyədə müalicəsi davam etdirilir. Hələ ki xəstənin evə buraxılması gündəmdə deyil. Bununla yanaşı müayinə zamanı aşağı ətraflarında da qəlpələr aşkar edilib. Onun yenidən əməliyyat edilib-edilməməsi üçün həkimlər konsilium keçirəcək. Qərara uyğun olaraq qəlpələr əməliyyatla çıxarılacaq. Lakin xəstənin hazırkı durumu nəzərə alınaraq yaxın günlərdə təkrar əməliyyat məsələsi müzakirə edilmir”.
 
 
Xatırladaq ki, S.Quliyeva iyulun 4-də Füzuli rayonu Alxanlı kəndində Erməni silahlı qüvvələrinin atəş açması nəticəsində çoxsaylı qəlpə yaraları ilə hərbi hospitala çatdırılaraq əməliyyat edilib. Bir neçə gün əvvəl o, Horadiz Şəhər Xəstəxanasına köçürülüb”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol